Ziqmund Freyd şəxsiyyət sturukturunu necə izah edir?

ww.pcc.azZ.Freydə görə şəxsiyyət 3 əsas sistemdən ibarətdir: id, eqo və super-eqo. Şəxsiyyətin bu sahələrinin hər biri öz funksiyasına, komponentinə, hərəkət prinsipinə, dinamikə və mexanizminə malik olmasına baxmayaraq, bir-biri ilə o qədər sıx şəkildə bağlıdırlar ki, onları ayrılıqda təsəvvür etmək dеmək olar ki, mümkün deyil.

ID – şəxsiyyətin başlanğıc sistemi hesab olunur. Id instinktlər də daxil olmaqla, özündə bütün anadangəlmə psixi olanları birləşdirir. Id – psixi enerji daşıyıcısıdır və digər iki sistemi enerji ilə təmin edir. Freyd idi “həqiqi psixi reallıq” adlandırıb. Id – latın dilindən tərcümədə “o” deməkdir.

Enerji çоxaldığı zaman id onu saxlaya bilmir, bu da gərginliyin diskomfort halı kimi keçirilir. Buna görə də ya xarici stimulyasiya, ya da daxili oyanıqlığın nəticəsində orqanizmdə gərginliyin həddi artdığı zaman id gərginliyi aşağı salır və orqanizmin enerji balansını tənzimləyir. Idin fəaliyyət göstərdiyi gərginliyin nizamlanması prinsipi, məmnunluq prinsipi adlanır.

Öz tapşırığını yerinə yetirmək üçün ağrıdan qaçaraq, məmnunluğa qarışmaq üçün id iki prosesə ayrılır. Bu reflektor fəaliyyət və ilkin prosesdir. Reflektor fəaliyyət özündə anadangəlmə avtomatik reaksiya tiplərini: asqırma və gözqırpmanı əks etdirir, onlar adətən gərginliyi tez aradan götürürlər. Ilkin proses özündə daha mürəkkəb olan reaksiyaları əks etdirir. O, enerjini obyektin obrazının yaradılması ilə çıxarmağa çalışır. Məs: ilkin proses ac insana qidanın mental obrazını verəcək. Bu arzunun yerinə yetirilməsi adlanır. Ilkin proses üçün ən gözəl misal Freydə görə yuxugörmədir. Antistik təfəkkür ilkin proseslərlə daha rəngarəngliklə bəzədilib. Aydındır ki, ilkin proses öz-özlüyündə gərginliyi götürə bilməz. Ac insan qidanın obrazını yeyə bilməz. Beləliklə də, ikinci proses inkişaf edir və şəxsiyyətin ikinci sistemi olan – eqo formalaşır.

EQO-(latınca “eqo”mən deməkdir) – bu tapşırığın həllinə cavab verən psixi aparatdır. Eqo orqanizmin təhlükəsizliyini və özünümüdafiəsini təmin edir. Idin xarici sosial dünyasının, həm də intuitiv tələbatının ödənilməsi uğrunda mübarizədə eqo xarici və daxili aləm arasında diferensiyasını         qoruyub saxlamalıdır. Misal üçün: qida axtarışında olan ac insan gərginliyini azaltmaq istəyinə, təsəvvüründə yaratdığı qida obrazını reallıqdan ayırmalıdır. Yəni o gərginlik aşağı düşənə qədər qida tələbatını ödəməlidir.

Deyirlər ki, reallıq prinsipinə əsaslanan eqo ikincili prosesin vasitəsi kimi çıxış edir. Ikincili proses – bu realistik təfəkkürdür. Ikincili prosesin köməyilə eqo məmnunluq tələbatının ödənilməsi üçün plan hazırlayır, sonra isə onu yoxlayır. Ac adam qidanı haradan əldə еdəcəyini düşünür, sonra isə onu axtarmağa yollanır. Bu reallığın yoxlanılması adlanır.

Eqo şəxsiyyətin ən başlıca orqanı adlanır. Belə ki, o fəaliyyət üçün qapı açır, fəaliyyəti sosial mühitə uyğunlaşır və hansı instinktlərin hansı cəhətdən məmnun edilməsi işinə baxır.

SUPER EQO – (latınca “super” ideal, “eqo” mən deməkdir) inkişaf edən şəxsiyyətin sonuncu komponentidir. Freydə görə insan orqanizmi super eqo ilə doğulmur. Hər şеydən əvvəl uşaqlar valideynlərin, müəllim və formalaşdıran fiqurların köməyilə eqoya malik olmalıdırlar. Şəxsiyyətin mənəvi-etik gücü olan super eqo uşağın öz valideynindən normal asılılıgı kimi başa düşülür. Formal olaraq uşaq doğru və səhvi fərqləndirməyi bacaranda, pislik və yaxşılığı öyrənəndə super eqo meydana gəlir. Ilkin super eqo yalnız valideynin uşaqdan gözlədiyi yaxşı və pis davranışı əks etdirir. Uşaq konflikt və cəzadan qurtulmaq üçün hər bir hərəkətini buna uyğun qurur. Freyd super eqonu iki sistem altına ayırır: vicdan və eqo-ideal. Vicdan valideynin cəzalandırılmasının nəticəsində meydana gəlir. Super eqonu həvəsləndirən aspekt eqo-idealdır. Bu valideynlərin öz uşaqlarına verdiyi yüksək qiymətlə xarakterizə olunur, bu fərdin özünü yüksək dərəcədə yaxşı hiss etməsinə səbəb olur.Valideyn nəzarətinin özünü nəzarətə keçdiyi zaman super eqo yüksək dərəcədə formalaşmış olur.

 

Baxışlı Elnarə

Psixoloq


 

LOGİN

 Email
 Parol
Qeydiyyat