Panik Atak

\"www.pcc.az\"Qorxu və narahatlıq hissləri ilə qəflətənən başlayıb, narahatçılığın 10 dəqiqə ərzində ən pik səviyyəyə çatdığı və 13 cür fiziki və ya psixi əlamətdən ən az 4-ü ilə müşahidə olunan psixoloji narahatçılıqdır. Bu 13 əlamət aşağıdakılardır:


1-Ürək döyüntülərinin sayının artması

2-Tərləmə

3-Titrəmə

4-Boğulma

5-Nəfəs kəsilməsi

6-Sinədə ağrı

7-Mədə bulanması və ya qarında ağrı

8-Göz qaralması,başın fırlanması,huş itirmə

9-Ətrafı hiss etməmək

10-Kontrolu itirmək

11-Ölüm qorxusunun yaranması

12-Bütün duyğuların ölməsi

13-Eyni zamanda bir neçə hissi yaşamaq(üşütmə,tərləmə və s.)

Panik atak, travmadan yaranan stressdən, sosial fobiyalardan və hər hansı fiziki xəstəlikdən sonra da yarana bilər.Panik atak səbəbsiz olaraq birdən başlana biləcəyi kimi, müəyyən şərait ya da mühitlə əlaqəli də ola bilər.

Cəmiyyətdə panik atak narahatlığıyla qarşılaşma faizi 1.5- 3% arasında dəyişir və xəstələrin ¾ -ünü qadınlar təşkil edir.Panik atakda qohumluq faktoru olmasa da birinci dərəcəli yaxınlarda bu xəstəliyin müşahidə olunma riski digər şəxslərlə müqayisədə 4-7 qat daha çoxdur.

Uşaq olarkən valideynlərdən ayrılma, onlardan hər hansı birini itirmə, valideynlərin boşanması kimi səbəblər panik atakı yaradan ən əsas səbəblərdən hesab olunur.
Ümumiyyətlə panik atak yetkinliyə keçid mərhələsində və erkən yetkinlik dövrlərində daha çox müşahidə olunsa da, bəzi hallarda uşaqlıq dövründə də başlaya bilər. Son dövrlərdə isə 30yaşdan yuxarı şəxlərdə də rast gəlinir.

Müalicə üsulları :

1-Dərman müalicəsi: Ən az 2-3 ay olmaq şərti ilə ,dozanın getdikcə yüksəldilməsi ilə istifadə olunmalıdır.

2- Psixoterapevtik müalicə: bu problemlə üzləşən şəxsə yalnış hisslərin aradan qaldırılmasına köməklik göstərir.

Panik atak narahatçılığlını yaşayan şəxslərdə intihar riski yüksək olduğundan vaxtında peşəkara müraciət və müalicə çox vacibdir.



 

LOGİN

 Email
 Parol
Qeydiyyat