Bizim xəstəliklər

\"\\"\\"\"

 Bizim düşüncə və fikirlərimizin xarici əksidir.Bildiyiniz kimi fikir, enerjinin universal formasına təsir edir və həm yaradıcı ,həm də dağıdıcı gücə malikdir.Biz həmişə yadda saxlamalıyıq ki, bizim fikirlərimiz mütləq həyata keçir,fiziki dünyada təcəssüm edir.Və bizim özümüz özümüz haqqındakı fikirləri ,başqasının yox.Dağıdıcı fikirlərimiz bizə xəstəliklər,şəxsi problemlər yaradır.Bunların olması şüuraltımızın özünü məhvə yönəlməsi haqqında bir siqnaldır.Bizlərdən çoxu özümüz haqqında dediyimiz və düşündüyümüz fikirlərin necə böyük gücə malik olduğunun fərqində deyilik.Sözlərimizi seçmək haqqında fikirləşmirik,düşünmürük-biz onları avtomatik olaraq dilə gətiririk.Biz nə vaxtsa qrammatika qaydaları haqqında öyrənmişik,təhsil almışıq və indi hisslərimizi və emosiyalarımızı  dilə gətirmək üçün o qaydalardan istifadə edirik.Ancaq bizə o öyrədilmədi ki, söz formasında geyindirdiyimiz düşüncələrimiz sonra bizə, uyğun həyati təcrübə davranış şəklində qayıdır.Bu atalar sözünü xatırlamaq yerine düşərdi: \\\"Nə əkərsən, onu da biçərsən\\\"

Enerji haqqında təbiət qanunlarını yəqin ki, hamımız bilirik.\\\"Enerji itmir,o bir haldan digər hala keçir\\\".  Bunu nəzərə alaraq belə demək olar ki, kiminsə və ya nəyinsə haqqında neqativ və ya dağıdıcı fikirlər düşünürüksə kimsə də bizdən bu fikirləri qəbul etməlidi.Sizin qəzəb,hirs,nifrət duyğunuz sonda yenidən sizə qayıdacaq,amma qayıdarkən yanında qorxu,izlər,depressiya və stress formasında olan situasiyalar da gətirəcək.Və bu da daha ağır problemlərə gətirib çıxara bilər.Siz bu fikirlərdən qurtulmaq üçün yenidən təkrarən onları kiməsə istiqamətləndirmək istəyəcəksiz.Bu belə davam edəcək, o vaxta qədər ki , bu qapalı dairə bir xəstəlik, travma, və ya ölüm gətirəcək.Bu dairəni sındırmaq,dairədən çıxmaq lazımdı.

Bunu da qeyd etmək lazımdır ki,bizim  \\\"neqativ\\\" və ya \\\"dağıdıcı\\\" adlandırdığımız pis düşüncələr o qədər də pis deyil,belə ki, şüuraltımızda onların köməyilə pozitiv niyyətlər axtarırıq və həyata keçiririk.Sadəcə bu dağıdıcı məqsədli düşüncə və fikirlərdən istifadə edən insanlar, bu fikirlərin özlərilə gətirdiyi nəticələr üçün məsuliyyəti öz öhdələrinə götürməlidirlər.Buna görə seçim etmək sizə qalır.Yaradıcı və ya pozitiv düşünüb daha gözəl yaşam varkən ,niyə neqativ və ya dağıdıcı düşünərək ,özümüzə xəstəlikləri,problemləri yaradaq...

Həkim-pediatr,psixoterapevt

Əlirzayeva Cəmalə 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat