Zorakılıq....Qadınlar və şiddət

www.pcc.azKiçik haşiyə “25 noyabr Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü kimi dünyada qeyd olunur.

 Bununla bağlı ənənəvi olaraq, BMT baş katibinin dünyaya müraciəti yayılır. Məsələn, BMT-in baş katibi Pan Gi Munun keçən il yayılan bəyanatında qeyd olunub ki, zorakılığa məruz qalan qadınların dəqiq sayı bilinmir”

Bu gün dilimizdə ən çox işlənən sözlər siyahısına zorakılıq sözü də aiddir. Bu anlayış barədə indi hətta körpə uşaqlarımız da xəbərdardır. Bəlkə də, səbəb bu dövrümüzdə zorakılığın çox baş verməsidir?!

Əvvəllər də, yəni yüz il bundan əvvəl də zorakılıq olub, yüz il bundan sonra da olacaq və bu gün də aktual məsələlər sırasındadır. Zorakılıq sözünün mənası “hücum etmək” deməkdir. Zorakılıq qarşı tərəfi və ya tərəfləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranması üçün
zorlayan, ona zor tətbiq etmək deməkdir. Zorakılıq deyəndə əksəriyyətimizin beynində “döymək”, “cinsi zorlama” və. s fiziki zorakılıqlar canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır. Zorakılığın 3 növü var.

1.Fiziki zorakılıq

2.Psixoloji zorakılıq

3.Sosial zorakılıq

Fiziki zorakılıq deyəndə adından da bəlli olduğu kimi insanı döymək, cinsi təzyiq və.s fiziki güc hesabına edilən davranış nəzərdə tutlur.

Psixoloji və ya mənəvi zorakılığa hədələmə, verbal təhqir, gözlə və jestlə təzyiq, şantaj, cinsi zorakılıq və.s aiddir. Biz zorakılıq deyəndə təkcə fiziki mənada başa düşsək də insana ən böyük travma verən və uzunmüddətli təsir, iz qoyan məhz psixoloji zorakılıqdır.

Sözlə (verbal) təzyiq vulqar və ya şəxsiyyəti alçaldıcı sözlərlə edilən təhqirdir. Söz var kəsdirər başı, söz var kəsər savaşı. Doğurdanda sözün gücü böyükdür.Verbal təhqirə əqli və fiziki inkşafı əngəlləyən bütün sözlər daxildir.

Gözlə təzyiq—deyəndə insanın öz aqressiyasını gözləri ilə göstərməsi nəzərdə tutulur. Əslində bu doğru deyil. Çünki, insan öz aqressiyasını başqasının üzərinə tökməməlidir. Belə ki, hər bir insanın daxilində sevinc, nifrət hissi ilə yanaşı aqressiya hissi də var. Və bu aqressiya insanın özünə xasdır. Kənar qıcıqlandırıcılar olsa da, bizim aqressiyamızın üzə çıxmasına şərait yaransa da insan fikirlərinə hakim olduğu
kimi, öz hisslərinə də hakim olmağı bacarmalıdır.

Valideynin uşağa göz ağartmağını adi bir hərəkət hesab etsək də əslində, qonaqlıqda və ya insan çox olan yerdə bunu bizə qarşı etmələri bizim fikirmizi azad şəkildə ifadə etməyə mane olur və belə halların təkrarlanması həm cəmiyyət içində sözümüzü ifadə edə bilməməyə və həm də özümüzə olan inamı itirməyə və həmişə kimdənsə asılı olmağa gətirir.Və həmişə də fikrimizi bildirəndə qorxuruq ki, birdən valideynimizin xoşuna gəlməz.

Jestlə təzyiq -burada əl-qol hərəkətləri ilə göstərilən davranışlar daxildir.

Sosial zorakılıq – bu növ şiddət də ölkəmizdə çox yayılıb.Adından da göründüyü kimi bir insanı cəmiyyətdən kənar edərək sosial hüquqlarından məhrum edilən zorakılıqdır.məs: Kişilər qadınlarını işləməyə qoymurlar və ya hər hansı bir yerə getməyə icazə etmirlər.

Qarşı tərəfin aqressiyasının başqasının üzərinə tökülməsi zorakılıqdır. Hər bir insanın daxilində sevinc, nifrət, sevgi, kin, hörmət, ehtiram hissləriylə yanaşı aqressiya hissi də var. Aqressiya dedikdə insanın başqa adamlarla problem yaratması, fiziki, maddi və mənəvi ziyan
vurması başa düşülür. Aqressivlik insanlara bilərəkdən xələl yetirmək cəhdidir. Bu gün aqressiyanın hamı tərəfindən qəbul edilən izahı yoxdur. Çünki hamı aqressiyanı öz psixikasına, öz şəxsi həyat təcrübəsinə görə izah edir. Delqadoya görə aqressiya dedikdə ədavətlilik, hücum, dağıdıcılıq aktları, yəni digər insanlara və obyektlərə xələl gətirən, ziyan yetirən əməllər nəzərdə tutulur. Morrison aqressiyanı hökmranlığa meyl kimi, Xorni və From isə insanı əhatə edən ədavətli reallığa şəxsiyyətin reaksiyası kimi izah edirdi.

Zorakılığın kokündə də aqressiya durur. Zorakılıq da insanın aqressiyasının müəyyən şəraitdə və ya situasiyada mənfi reaksiya olaraq biruzə verilməsidir. Psixoloji zorakılıq dedikdə isə insanın mənəvi təzyiqə məruz qalması başa düşülür. Kütləvi informasiya vasitələrindən demək olar ki, hər gün ən çox eşitdiyimiz sözlərdən biri də zorakılıqdı. Zorakılıqlar çoxdur. Amma bunların arasında insana ən acı və daha təsirli olanı psixioloji zorakılıqdı. İstər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzun müddətli təsirə malikdir.Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır. Zorakılığa meyilli olan insanların keçmişdə yaşadıqları zorakılığı gələcəkdə tətbiq etməsindən heç kimin şübhəsi olmasın.

 

Lalə Allahverdiyeva, BDU – nun tələbəsi, PCC – nin psixoloqu.


 

LOGİN

 Email
 Parol
Qeydiyyat