Bu xəbər əcnəbilərlə ailə qurmaq istəyən xanımlar üçündür

Elnur Rüstəmov: “Təəssüflər olsun ki, bəzən elə ailələr olur ki, internetdə tanış olurlar, toy edirlər lakin valideynlər toyda iştirak etmirlər. Bu əslində faciədir”

“Azərbaycanlı xanımların daha çox Türkiyə vətəndaşları ilə nikaha girdiyi müşahidə olunur. Burada təsir göstərən faktorlar müxtəlifdir. Birinci faktor sərhədlərin açıq olmasıdır. Digər bir faktor isə Azərbaycanın Türkiyə ilə adət-ənənələrin yaxın olmasıdır ki, bu da müsbət hal kimi təsir göstərir.”

Bu sözləri AzadXeber.net-ə Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) Psixoloqu Elnur Rüstəmov son 5 ayda 175 azərbaycanlı xanımın türkiyəlilərlə evlənməsinə münasibət bildirərkən qeyd edib.

Müsahibin sözlərinə görə, sadalanan faktorlar əsas deyil,və bizim xüsusi ilə mental dəyərlər Türkiyədəkindən bir az fərqlidir: “Ailə quran tərəflərə baxsaq bunların əksəriyyəti ikinci dəfə evlənən insanlardır. Bunların da bir qismi internet vasitəsi ilə tanış olan cütlüklərdir. Nəticədə də ailələr bir müddətdən sonra dağılma zərurəti ilə üz-üzə qalırlar. Bizdə qurulan ailələrə baxdıqda nə qədər olmasa da insanlar bir-birini tanıyır. Bu ailə bağlarının qorunub saxlanılmasında müsbət hal kimi dəyərləndirilə bilər. Ancaq Türkiyəyə ailə qurmağa gedən qadınlar orda çox çətin situasiya ilə üzləşirlər. Ailə daxilində xırda bir konflikt olanda özlərini köməksiz hiss edirlər. Bir müddət çalışırlar ki, konflikti həll etsinlər. Həll edə bilmədikdə isə ailələri dağıdırlar.”

Əcnəbi vətəndaşlarla ailə qurarkən əvvəlcədən tanışlığın zəruri olduğunu söyləyən ekspert, “əgər valideynlər övladlarının əcnəbi vətəndaşlarla evlənməyinə icazə verirlərsə, çalışsınlar ki, oğlan tərəfin valideynləri ilə də tanış olsunlar. Əlaqə yaratsınlar. Təəssüflər olsun ki, bəzən elə ailələr olur ki, internetdə tanış olurlar, toy edirlər lakin valideynlər toyda iştirak etmirlər. Bu əslində faciədir”, - deyə bildirdi: “Ona görə bütün ailələr övladlarını xarici vətəndaşlarla evləndirəndə diqqətli olmalıdırlar. Bizdə elə ailələr də var ki, xaricdə oxuyurlar, təhsil alırlar. Orada evlənirlər. Bu ailələrdə problemlər də az olur. Ailələr dağılan zamanda bu çox faciəvi nəticələrə səbəb olmur. Lakin buradan Türkiyəyə gedən xanımların çoxusu işləmirlər. Onlar boşanan zamanda bu onlara çox böyük zərbə olur.”

Rövşən Məmmədli

http://azadxeber.net/_h30227.html 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat