Böhran zamanı parlayan peşə: Barter Brokerliyi

Türkiyədəki ilk barter şirkəti olan “Türk Barter”, iqtisadi böhran dövründə nəqd pul sarıdan çətinlik çəkən müəssisələri vəziyyətdən çıxarmaq üçün broker yetişdirməyə başladı…

Bütün dünyada xeyli məşhur bir peşə növü olan və müstəqil edilən barter brokerliyi, son dövrlərin ən məşhur peşələrindəndir. Şirkətlərin mal və xidmət mübadiləsini təşkil edən, layihələndirən və barter sistemi barədə məsləhət xidmətləri verən barter brokerləri, indi dünya şirkətlərin ən çox ehtiyyacı olan mütəxəssislərdir.

Satışa sənətinin incəliklərini mənimsəmiş, idarəetmə və iqtisadi təhsilləri olan, təşəbbüskarlıq və liderlik xarakterləri güclü olan, maliyyə təhlillərini bacaran hər bir adam, barter brokerliyinə doğru addım ata bilər.

Barter brokerləri tədricən qazandıqları təcrübələrdən dolayı müxtəlif sektorlar üzrə ixtisaslaşırlar. Eyni zamanda xarici ölkələrdə karyera qazanmağa imkan verənən bu peşənin sahibləri ticarət brokeri, satış müdiri, marketinq müdiri və baş müdir kimi səviyyələrdə vəzifə tuta bilirlər.

Barter sisteminin müəyyən etdiyi kimi, brokerlərin daimi inkişaf istiqamətində, yalnız barter şirkətlərində işləməklə məhdudlaşmadıqlarını vurğulayan, “Türk Barter”in idarə heyətinin sədri M. Sırrı Şimşək: "Üzvümüz olan şirkətlər, ən azı iki barter brokeri işlədə bilər. Çünki Türkiyədə, barter üzrə razılaşmalar həyata keçirən şirkətlərin satış və marketinq şöbələrində bu sistemi idarə edə biləcək mütəxəssislərə ehtiyac vardır. Eyni zamanda, xaricdə bir çox barter brokerinin müstəqil işlədiyi sirr deyil. İndi 4000-dən  çox şirkət bizim üzvümüzdür və bu göstərici getdikcə artmaqdadır" dedi.

Hal-hazırda, təhsilli brokerlerin müxtəlif əməliyyatlar həyata keçirdikləri barter sektoru haqqında məlumat verən Şimşək: "İndi ölkəmizdə əsasən media, inşaat, turizm, səhiyyə və tekstil sahələrində barter brokerlərinə daha çox tələbat var. Bütün dünyada barter sisteminin nümayiş etdirdiyi inkişaf üçün karyerasına yeni istiqamət vermək istəyən hər kəsi “Türk Barter”in nəzdindəki barter brokerliyini öyrənməyə dəvət edirik" dedi.

 

Babək Bayramov

NLP Master, Fərdi İnkişaf Ustadı, Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat