İş zəmanətli CV

www.pcc.az1979-cu ildən bəri Amerikanın ən rəqabətçi bazarlarından biri olan “Silikon Vadisi”ndə “beyin ovçuluğu” edən Nikin “işləyən CV”siylə, iş müsahibəsinə getmədən, gələcək müdirinizə bacarıqlarınızı göstərməniz mümkündür. “CV”lərdə görməyə alışdığımız və artıq köhnəlmiş \"karyera hədəfləri\" hissəsinə daha yaxşı alternativ olan bu üsuldan, vəzifədə yüksəlmək və ya  başqa şöbəyə keçmək istəyənlər də istifadə edə bilərlər. Yaxşı, bəs “işləyən CV” nədir və necə hazırlanır? Yaradıcısının dediyi kimi…

 Pulsuz məhsul nümunəsi

 Klassik bir marketinq qaydası vardır: \"Müştəri sizin məhsullarınızı almazdan əvvəl məhsulunuzdan bir nümunəsini ona pulsuz verin!\" Beləliklə, potensial müştəriləri qazanarsınız və onlar daha çox istəyəcəkdir. Eyni zamanda, siz məhsulunuzun nə qədər yaxşı olduğunun sübut etmək kimi, kritik bir hədəfə də “vurmuş” olarsınız.   

Nik Korkodilosun fikrincə, eyni şeyi “CV”də edə bilərsiniz. Gələcək müdirinizə, onun üçün edə biləcəklərinizlə əlaqədar pulsuz bir nümunə verərsiniz. Bu, işə götürənin diqqətini çəkəcəkdir və sizə, məqsədi yalnız işi qapmağa çalışan biri deyil, işə götürən üçün o işi daha yaxşı görmək olan bir iş ovçusu statusunu verəcəkdir. 

 Şirkəti və sektoru araşdırın!

 Burada bir sual meydana gəlir: “İşə götürənə üçün hazırladığınız  “pulsuz məhsul nümunəsini” öz ”CV”nizə necə qoyacaqsınız?

Əvvəlcə təcrübə və bacarıqlarınızın hansı səbəblərdən şirkət üçün dəyər daşıdığını anlamalısınız. Burada yalnız sizə məxsus keyfiyyətləri düşünməyin, qabiliyyətlərinizdən indiyə qədər işlədiyiniz müəssisələrə xeyir vermək üçün necə istifadə etdiyinizi düşünün. Lakin bunu “CV”nizdə yazmayın, çünki bunların əvvəlki müdirinizin işinə yaramış olması, gələcək müdirinizə də faydalı olacağı mənasını vermir. Bu məlumatları, gələcək müdirinizə \"Sizin üçün bunları edə bilrəm\" demək üçün qablaşdırmaq lazım gələcək.

Bu məlumatı köçürməzdən əvvəl işə götürənin ehtiyaclarının nədən ibarət olduğunu anlamanız lazımdır. Bu da şirkətinin qarşılaşdığı problem və çətinlikləri bilməniz lazım olduğu deməkdir. Buna görə də, bir az araşdırma aparmanız lazımdır. Korkodilos, \"Bunu edin\" deyir və əlavə edir: \"Çünki dəyər yaratmanın daha kəsə yolu yoxdur!\"

 Nəyə ehtiyac varsa onu verin!

 Eyni sektorda fəaliyyət göstərən şirkətlərin çoxu ümumi problemlərlə qarşılaşarlar. Bu sektordan bəhs edən jurnalları vərəqləyərək, bu problemlərin nədən ibarət olduğunu öyrənə bilərsiniz. Digər tərəfdən isə, sektordan baş çıxaran bir neçə mütəxəssislə danışaraq daha \"dərin\" informasiya əldə etmək mümkündür. Belələrini, yazdıqları bir məqaləni ya da onlar haqqında yazılmış məqalələri oxuyaraq kəşf edə bilərsiniz. Bu insanları axtarıb tapın və ya da girməyi hədəflədiyiniz şirkətin bir neçə işçisi ilə tanış olun. Şirkətin üzv olduğu peşə dərnəklərini və ya iqtisadi birliklərə də baş vurmaq çox faydalı ola bilər.

 Dərin qazın!

 Məsələn, şirkətin müştəriləri və rəqibləri ilə danışın. Öyrəndiklərinizə özünüz də heyrət edəcəksiniz. Bu məlumatlardan gələcək müdirininizin qarşılaşdığı problemləri həll etmək üçün, necə istifadə edəcəyinizi düşünün! 

Daha sonra keçmiş uğurlarınıza nəzər salın. Hansı imkanlarınızdan istifadə etmisiniz? Onlar barədə düşünmək üçün bunların siyahısını tutun. Bunlardan hansıları şirkətinizin daha uğurlu və rentabelli olmasını təmin etdi? Yaratdığınız fərqin elə də böyük olması lazım deyil. Ancaq, mütləq və mütləq şirkətin karxanasına qatqısı olacaq bir fərqlilik olması lazımdır. Bu qiymətləndirmədən sonra öz-özünüzə: \"imkanlarımı işləmək istədiyim şirkətin üzləşdiyi çətinliklərin həllində necə istifadə edə bilərəm\" deyə soruşun.

 Dəyər təklif edin!

 “CV”də, \"təklif edilən fayda\" (value offered) başlıqlı bir bölmə açın. Korkodilos, bu hissə üçün ən münasib yerin, “CV”nin üst tərəfində, adınızın olduğu hissənin altı olduğunu məsləhət görür. İki cümlədə, mümkünsə üç-dörd sətri keçməyəcək şəkildə, təklif etdiyiniz dəyəri təsvir edin və dəqiq olun! Müraciət etdiyiniz hər bir şirkət üçün bu hissəni dəyişdirməyiniz lazım gələcəkdir. Amma əmin olun ki buna dəyər.

 Ləl-cəvahirat kimi dəyərli informasiya

 Bu cür bir cümlə qurmaq üçün, işləmək istədiyiniz şirkətlə əlaqədar çoxlu məlumat əldə etməyiniz və verəcəyiniz faydanı müəyyən etməyiniz lazımdır. Əgər bir yüksəliş və ya şöbə dəyişikliyi istəyirsinizsə, bunu hazırkı müdirinizə də təqdim edə bilərsiniz.

Seçim sizing əlinidədir. Vaxtınızı, həm belə mühüm araşdırma aparıb, iş üçün müraciət etdiyiniz şirkətə nə verəcəyinizi müəyyən edərək keçirə bilərsiniz, həm də, nə edəcəyinizi bilməyərək yüzlərlə şirkətə “CV” göndərib sizə cavab gözləyərək də…

“CV”nizə yaradacağınız dəyərdən bir nüsxə qoyun. Bu, işə götürmək barədə qərar verən menecer üçün ləl-cəvahirat kimi dəyərli informasiyadır.

 CV HAZIRLAYARKƏN…

 Bu ifadələrdən əsla istifadə etməyin :

 • \"Özünü inkişaf etdirmək üçün fürsət gözləyən, işgüzar və qabiliyyətli əməliyyat müdiri.\" (Kim istəməz ki?! Bəs mənim şirkətimi necə inkişaf etdirəcəksən?)

 • \"Güclü satış və marketinq təcrübəsi və qüsursuz ünsiyyət qabiliyyəti.\" (Lakin şirkətim üçün konkret nə edəcəksən?)

 • \"İstənilən şirkət üçün böyük dəyər yarada bilərəm, çünki başqalarıyla kollektivlə işləməyi bacarıram\" (Ümumi ifadə tərzidir, şirkətin hər hansı bir probleminə və ya hədəfinə toxunulmur. Yaxşı fərdi xüsusiyyətlərə sahib olduğunu ifadə etmək “CV”lərdə ən çox vurğulanan ifadələrdəndir.)

 Məsləhət görülən bəzi nümunələr: 

 • \"Tədarükçülərlə daha yaxşı razılaşmalar əldə edəcək və nəqliyyat şöbənizi tənzimləyərək əməliyyat xərclərinizi aşağı salacağam.\"

 • \"Satış qrupunuza yüksək səviyyədə satış texnikaları öyrədəcək və hədəflədiyiniz bazarda əməkdaşlaıq əlaqələrini inkişaf etdirərək gəlirlərinizi artıracağam.\"

 • \"Vaxtlı-vaxtında, çox xərc tələb etməyən layihələr təklif edərək gəlirlərinizi artıracağam. Bunu dizayn qrupunuzla əlaqəli işləyərək və lazımi metodları tətbiq edərək həyata keçirəcəyəm.\"

 “İşləyən CV” nəyi əhatə edər?

 • İşləmək istədiyinizi şirkətin fəaliyyət dairəsi ilə əlaqədar dəqiq təsvir.

• İşə götürənin qarşılaşdığı çətinlikləri anladığınıza dair isbat.

• İşə götürən üçün edilməsi lazım olan işi necə edəcəyinizə dair bir plan.

• Mənfəət payında necə və nə qədər iştirak edəcəyinizə dair ehtimal.

 

www.pcc.azBabək Bayramov

NLP Master

Fərdi İnkişaf Ustadı

Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloqu

 


 

LOGİN

 Email
 Parol
Qeydiyyat