Ətrafımızda bütün baş verənlər bizdən bir daha ruh halımızı sağlam saxlamağı tələb edir. Insanın tapındığı dəyər olmalıdır. Elə bir dəyər ki, ona inanıb yaşaya bilsin. Həyat hər addımda düşüncəmizə əks arqumentlər qoyur. Bəlkə bunu biz özümüz edirik, sadəcə məsuliyyəti həyatın, başqalarının üzərinə atırıq. Inanmaq istəyirik; sevdiklərimizə, dəyər verdiklərimizə, hər şeyə. Tutub saxlamaq istəyirik. Sürüşür, axıb gedir. Hara qədər? Bilinmir. Bütün hallarda doğru bildiklərimizə, insana, insanlığa ziyan verməyən şeylərə inanmağımız lazım. Önəmli olan inanmaqdır. Təəsüf ki, bugün insanı daha çox şübhələri, qorxuları idarə edir. Insan nəyəsə tapına bilmir. Istər mənəviyyat, istərsə də yaşamla bağlı ziddiyətli fikirlər hər zaman olub. Problem bütün zamanlarda olub. Istər mənəvi, istərsə də maddi baxmından.
Ailə, problem hər zaman olub. Sadəcə insanlar problem həll etməyə, onu aradan qaldırmağa, bu mümkün olmadıqda ən azında susmağa çalışırdılar. Bugün isə “Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”nın şahidi oluruq. Dünən gizli etdiyimizi, bugün aşkar edirik, dünən içimizdə sevdiklərimizi, bugün aşkar sevirik.