Sual Cavab

Nura
2016-09-10
Salam,men uc ildir niwanliyam,evden meni sixiwdirirlar toy ucun,herkim meni gorur toy haqda soruwur,niwanlima toyu etmesini dedim dedi ozum bilerem neyi nevaxt edirem,artiq mene ele gelir o meni sevmir,herweyden yorulmuwam bezmiwem,evden qacib getmek isteyirem xaiw edirem mene meslehet verin,axir ya ozumu oldurecem ya evden cixib gedecem,21yawim var
Cavab: Salam Nura xanım. Əvvəla yaşınız hələ çox da deyil. Nişanlı müddətinə diqqət edərək özünüzü tələsdirirsiniz, yaxud insanlar 3 ilə diqqət edib sizə onlara aid olmayan suallar verə bilərlər ancaq buna əsasən nişanlınızı tələsdirməyiniz doğru deyil. İnsanların dediklərinə fikir vermədən nişanlınızla əvvəla aranızdakı soyuqluğu həll edin. Adətən nişanlılar toy barədə öz aralarında danışarlar təxmini də olsa müddət deyərlər yaxud can atarlar buna, ancaq siz bu barədə danışmırsınızsa bunun səbəbini araşdırın. Tez sevmir nəticəsinə gəlməyin. Evdən qaçmaq və s isə bu heç nəyə həll deyil. Qaçacaqsınız sonra? Sonra da geri qayıdacaqsınız.
Nurane
2016-09-10
Salam hekim menim 20 yasim var pisoloji mualiceler almisam ama yenede ozumde deysilik hiss edirem ellerim esir ozum ozmu sixiram urem sixlir tengi nefes oluram ve bu hal nece saatlar davam edir ancaq gozlediyim ne varsa o yolunda gedene kimi urem cole cixacaqmis kimi oluram
Cavab: Salam Nuranə xanım. Müalicəsinizi davam etdirin və doğru müalicə tətbiq edildiyindən əmin olun. Tez nəticə alan kimi müalicəni dayandırmayın, bir müddət almağa davam edin
Nigar
2016-09-10
Salam menim 21 yasim var men çox heyacan keçirrem 2 il olae beleyem indi rayondayam 2 gunden dora bakiya gedecem ona gore 2 gece yatmiram heyacandan qusuram içim agridir heyacan .men harasa toya gedende ele olir sevdiyimler gorusende heyacandan qusuram .en pisi harasa bakiya gelende gece yata bilmemeyimdi olurem uje .xahis komek eliyin qusmaqdan içimin agrimagindan bezdim
Cavab: Salam Nigar xanım. Çətin bir vəziyyət olduğunu anlamaq çətin deyil, ancaq bunun ən çox da siz fərqində olmalısınız. Burada yazı ilə heç bir söz sizə yardım ola bilməyəcək, ancaq psixoloqla görüşünüz zamanı ən birinci bunun başlanma səbəbi aydınlaşdırılacaq daha sonra isə terapiya başlayacaqdır. Çalışın psixoloq dəstəyindən yararlanasınız.
Aynur
2016-09-06
Salam hekim menim balaca oglum hedinden cox nadincdi demey olar her gun sikayet esidiem hem de butun gun hirslenir soz deyende qisqirir mene bir meslehet vererdiniz zehmet olmasa men tenaten dermani vere bilerem eks tesir etmezki?
Cavab: Salam Aynur xanım. Əgər uşaq qışqırır aqressiv hərəkət göstərirsə, onu uşaq psixoloquna göstərin. hansısa bir dərman onu sadəcə sakitləşdirəcək ancaq əgər ortada ciddi bir səbəb varsa onu təxirə salacaq yəni məsələ həll olmadan böyüyə bilər. İnsan neçə yaşına qədər dərman içməlidir ki, həmişə sakit olsun? Və əsası mütəxəssislə məsləhətləşmədən dərman vermək doğru deyil, hətta burada yazı ilə yazıb dərman məsləhəti almaq belə doğru deyil. Övladınıza qarşı bunu etməyin. Əvvəla uşaq psixoloqu görməlidir lazım olarsa o sizi yönləndirəcəkdir.
Sadet
2016-09-05
Atam meni oxumaqa qoymur deyir böründe ol heç hara getme Gedsende qardaşımda get onlara göre heyatımı yaşaya bilmirem Ve onlara hirslenirem acıqımı hamıdan çıxıram sizce men ne etmeliyem
Cavab: Salam Səadət xanım. Onunla ortaq nöqtə tapın, özünüz təhsildə uğur qazanarsanız buna icazə verəcəyini soruşun.
Taleh
2016-08-29
Salam doxdur.men 1 ay bundan qabaq zeherlenmisdim.cox stres yasadim qorxdum urek doyuntum hedden artiq idi ureyim cox sixilirdi.sonra ureyimin sixintisi kecdi indi ureyimde bir basqa sixinti hisi var ele bil ureyimde nese gezir qarisqa kimi cox narahat edir meni dayana bilmirem narahat yatiram.depresiyanin elametleri var doyesen mende nece ede bilerem zehmet olmasa komek ederdiz.
Cavab: Salam Taleh müəllim. Qeyd etdiyiniz məsələ ciddidir. Zəhərlənmədən sonra bu hal sizdə biruzə vermiş ola bilər ancaq onunla bağlı olduğunu təsdiqləməz. Qısa zamanda psixoloqa müraciət edin.
Nicat
2016-08-15
salam mən yuxularımda ara sıra pis yuxular görürəm.Görürəmki Anam çılpağdı məni çağırır mənimlə olmağ istiyir mənddə onun bütqn bədənini görüb tez yuxudan ayılıram..Çox qorxuram Bu yuxular nədi axı belədə yuxu olar heç bir neçə dəfə təkrarlanır.r
Cavab: Salam Nicat bəy. Bu adətən travmalardan qaynaqlanır. Psixoloqa müraciət etdikdən sonra bu travmaları müəyyən edib korreksiya etmək mümkündür.
Aytac
2016-08-05
Salam doktor.menim 20yawim var.2012 ci ilde bir oglanitanidim virtual ailemde evvel dava sora sevgi ve o meni aldatsada men onu saf yalansiz sevgimle sevdim ureyimde o yalniz ve toxunilmaz oldu.hec vaxt onu gormemiwem ama o qeder cox sevdim ki unutdum deyirem ama burda heyatda qarsiliqsiz sevenleri gorende goz yawlarimdayanmir.ve o ureyimin cox derinliyindedi olmayacagini bile bile cox sevdim ve dedim senden sevginide istemiremhecne istemirem sadece bilki heqiqetenseni cox sevdim.ovaxtdan cox deyiwdim evvelki wiltaq Aytacdeyilem ogun den bu gune kimi gunlerim gecelerim aglamagla kecib.sadece boluwmek istedim sizinle cunki bunuhec kim bilmirama men helede onu sevirem pesmandeyilem cunki o sevgi hissini yawadim qarsiliqsizsevdim neyese gore yox sadece sevdim pisde olsa uaxsida olsa onu sevdim
Cavab: Salam Aytac xanım. Şərab kimi bu sevgini özünüzdə qoruyub saxlayırsınız düşünürsünüz ki, daha çox həqiqi sevgi olacaq, zaman keçdikcə hələ də sevməyə davam etdikcə o gözəlləşəcək. Bəzən bir gün sevərsən ancaq elə sevərsən ki, min sevgiyə dəyər ancaq bir də adını belə dilinə gətirməzsən. Sizin etdiyiniz sadəcə özünü yormaqdır. O dərinlikdə qala da bilər qalmaya da bilər ancaq qorxmayın heç kəs sizə deməyəcək ki, sən sevməmisən və heç kəsə göstərməli deyilsiniz ki, necə çox sevmisiniz yəni sübut etməli deyilsiniz. Məsələn bura yazmağınız belə sadəcə yazmaq istədiniz çünki qəhrəmanlıq kimi görürsünüz istəyirsiniz hamı bilsin çox adam sevginizi hiss etsin bəlkə də halal olsun desin. Ancaq dedilər demədilər bunun heç bir önəmi yoxdur. Hər kəs indi özü olmaqla məşğuldur, siz isə əvvəlki Aytac deyiləm deməklə məşğulsunuz. Özünüzü sevin daha dərinliklə, daha sonra başqa birini sevə bilərsiniz.
Guler Hesenova
2016-08-03
salam. ixdisasim psixologiyadir ve arasdirmalar edirem ancaq bunun ucun bezen kifayet qeder informasiya toplamadigimdan narahat oluram. nece ozumu inkisaf etdire bilerem?
Cavab: Salam Gülər xanım. Kurslarımızdan yararlana bilərsiniz.
zehra quliyeva
2016-08-03
salam. biz 8 ildi evliyik yoldawimla cox boyuk problemlerimiz var. mene qarwi guveni yoxdu menimle pis davranir.icki icende mene widdet gosderir.men ona ve ailesine qarwi hemiwe hormet saxlamiwam. aramizda evladlarimizdan bawqa bir bagliligin qalmadigini duwunurem.bizim munasibete bir aydinliq getirin xahiw edirem
Cavab: Salam Zəhra xanım. Sizə güvənməmə səbəbini araşdırın. Sizdə nədən şikayətçi olduğuna diqqət edin. Ola bilsin ki, sizdə şikayət etdiyi şey sizdə deyil də özündə olmuş olsun. Müşahidə etməyə çalışın
Aysel
2016-08-03
Salam.Menim danisacaqlarim eslinde burda yazilacaq movzu deyil. yeni hardan basliyim bilmirem. Size tamamen ozumu anlatmaq istiyirem 17 yasim var xais edirem meni basa dusun. Ailemle bagli cox zerbe almisam.Helede aliram. 17 yasim olmasina baxmayaraq icimde 7 yasli qiz var. Danismaga cox ehtiyacim var.xais edirem sadece meni basa dusun basqa hecne istemirem. Sizle nece elaqe saxlaya bilerem ?
Cavab: Salam Aysel xanım. 0552572700, 0124803629 nömrələri ilə əlaqə saxlayın.
Yusif
2016-07-27
Salam. Menim 16 yawim var.men her gun ailede tepkilere meruz qaliram her gun evde atam danlayir bow bowuna menasiz yere ele hedde catir ki baw goturub cixib getmek istirem.bawimi qatmaq ucun evde butun gunu danlanmamag ucun bir iw tapdim iwdedim indide iwdiyrem artiq 3 aydi iwdiyirem ve indide cixib bir az dincelmey istirem ama atam icaze vermir deyir ki eziyyet cek iwde adam ol derk ele eziyyeyin ne oldugunu men aldigim maawin yarsini eve verdim ve yarsinada diwimi mualice etdim ozume paltar aldim .mende pulun qalmagini beleistemirler deyirler ki cibinde pul cox olsa menasiz yerlere xercleyersen pis verdiwler edersen.amma halvu ki o pulun alin terimle eziyyetle qazanmiwam iwden cixmag istirem atam imkan vermir deyir ki iwde deyir eger iwden cixassansa ancag evde oturacagsan seherden axwana kimi evden cole cixmiyassan. Artiq bezmiwem ne edeceyimi bilmirem xaiw edirem mene bir yol gosteresiniz
Cavab: Salam Yusif bəy. Onun nə zamandan sizinlə belə davranmağa başladığını bilmirik, ancaq niyə görə davrandığını öyrənə bilərsiniz. Bir müddər istəklərinizlə addımlamayın evdə konflikt yaradacaq hər şeydən uzaq durun. Əgər bu davalar yenə də davam edərsə, çalışın üstündə durmayın çalışın özünüzə zaman ayırın ancaq zaman ayırmaq istədiyinizi dilə gətirməyin. Nə etmək istədiyinizi hər zaman demək məcburiyyətində deyilsiniz. Təbii bu əgər yaxşı bir şeydirsə.
Fidan
2016-07-27
Salam. Men ozumu arada chox chixilmaq vesiyyetde hiss edirem. Hetta ele anlar olub ki, chox sevincli bir shey olub. Ancaq men onu kedere cevirirem. Meselen, sertifikat aliram mektebden ve yaxudda nese bashqa istediyim bir wey olur. Biraz kecir bashlayiram ozumu pislemeye, kefimi pozmaga. Hetta aglayacaq derecede oluram. Birdeki bu yaxinlarda iki gun sonra ad gunumdur. Bilmirem nece edem. Butun qohumlarimiz daniwiblar ki gelecekler. Biz ise harda qeyd edeceyimizi bilmirik. Ve anamin chox xerc chekmeyini istemirem. Onu duwunende chox pis oluram. Tek istediyim onun eziyyet chekmemesidir, anamin xoshbextliyi. Ancaq anam menim uchun direnib ki restoranda ad gunu kechirecek. Ancaq ona chox xerc olur bilirem. Ve istemirem. O ise menim pis oldugumu duwunur. Chox pis oluram ki onu eziyyete saliram.duwunuremki ona chox eziyyet verirem. Birden olmek isteyirem. Sehv anlamauin men hech vaxt intihar ede bilmerem. ALLAHDAN qorxaram. Ve olmekdende qoruram. Tez tez gozlerim dolur, hetta sinif yoldawlarimda deyir ki chox tez pis olanam. Xahish edirem komek edesiniz
Cavab: Salam Fidan xanım. Ola bilsin ki, hansısa bir ssəhv etdiyiniz düşüncəsi var şüuraltında. Belə etməklə də özünüzü cəzalandırırsınız sanki. Diaqnoz üçün mütləq şəkildə psixoloqa müraciət edin.
Amil
2016-07-25
Salam Elnur bey. Men nisanliyam. Nisanlimin 20 yasi var. Biliremki xasiyeti cox yaxsidi. Sadece hedden artiq utancaq ve icine qapaniqdi. Ilk goruslerimizde bir kelme de danismirdi. Ama indi hiss edirem vaxt kecdikce duzelir. Birdeki kimse ona nese deyende cavab vermir veya tesir etmirmis kimi gulur ama sonra saatlarla aglayir. Herden ise cox aqresiv olur. Divara qapiya vurur. Umumiyetle cox qemgindir. Kicik seylere de cox sevinir ama qisa muddetli olur. Ne etsemde uzundeki ifadeni sile bilmirem. Usaq kimidir danisigi da, hereketleri de. Deyir bezeceksen xasiyetime göre. Onun bu davranislarini hecneyle elaqelendire bilmirem. Nese bir sebebi varmis kimi gelir. Bilmek isteyirem onu bele inciden ne ola biler.
Cavab: Salam Amil bəy. Xüsusi bir böyük hadisə yaşamayıb əzəldən belədirsə, ola bilər uşaqlıq dönəminə dayanan nələrsə yaşayıb. Yaxşı olardı ki, psixoloqla bunu bərpa etməyə çalışasınız. İntensiv olaraq psixoloq müşahidəsində olmağı daha məqsədəuyğundur.
Ayla
2016-07-25
Salam. Necesiniz? Men artiq bir nece defedi size mesaj yaziram. Men cox pis veziyyetdeyem ozume nifret edirem ve ozumu oldurmek isteyirem. Men bir oglani sevirem. Bu oglan menim dostum idi ve biz 3 ildi ki dostluq edirik. Menim 21 yasim var. Men zamanla onj sevmisdim ve hormet etmisdim. Indi ise o gozumden menim dusub du men onu saf hislerle sevirdim.ve sevgimin qarsiliqsiz oldugunu bilirdim. Ama gunlerin birinde o mene qarsi hislerinin olduğunu dedi ve meni sevdiyini dedi. Ama bizdanismaga baslayandan sonra o mene duzgun olmayan sozler dedi birlikde olmaqla bagli yani sevismek falan men ise xoslamiram bu cir seyleri onun sozlerinden sonra men ondan yavasla soyudum hetta ona hormet edirdim. Ama artiq gozumden dusub. Indi ise problem oduki men hem ona hemde ozume nifret edirem. Ki men harda sef etmisdimki o mene bu sozleri dedi. Sevdiyim insan olaraw deyil dostumdan eşitdiyim ucun ozumu bagislaya bilmirem mene komek edin cox xais edirem.
Cavab: Salam Ayla xanım. Özünüzə nifrət etmək ya da ona nifrət etmək lazım deyil. Siz sevmisiniz o da sevdiyini sanıb. Bir gün isə hisslərini bildirib. Ola bilər ki, sevgi qarşılığında istək yaransın ancaq bunu ifadə tərzi bir az kobud və hörmətsizcə olsun. Bu o demək deyil ki, siz nəsə artıq hərəkət etmisiniz deyə. Bəzən oğlanlar o qədər qızlarla ötəri münasibət qururlar ki, bu onlarda adi hala çevrilir və nə etdiklərinin fərqinə varmırlar. Sözü deyərkən oradakı qəribəliyi sezmirlər. uzaqlaşmaqla doğru olanı etmisiniz. Sevdiyi üçün yox deyə bilməyib bu yola addım atanlar da var. Özünüzə nifrət etmək yerinə alqış tutmalısınız. Həyatınızda sizə uğurlar. Siz güclüsünüz
Aishad
2016-07-25
Salam. Menim 21 yawim var cox esebiyem. Gece yuxuya gedene qeder barmaqlarmi oynadiram sanki piyano ifa edirem. Birde baxiramki barmaqlarmi oynadiram nece vaxtdi... 2 ildir evliyem uwaq yox. Yoldawimsiz da dura bilmirem o iwde olur 1 gunnen br gorurem 1 saat. Ancaq onnan unsiyetde olmaq isteyirem onnan sohbet etmek isteyirem. Geceler urek doyuntum olur. Tek qaliram 4 divar bir de men. Gunuzler otaqdan cixmiram hec kesi istemirem bir onnan bawqa.sizce men ne edim. Psixoloqa yoxsa nevropataloqa???
Cavab: Salam Aişad xanım. Mütləq şəkildə psixoloqa müraciət etmək lazımdır. Əgər ehtiyac olarsa, zatən nevropatoloqa yönləndiriləcəksiniz. Ancaq psixoloq müşayiəti şərtdir.
Leyla.
2016-07-24
Salam!Evvelce size cox tesekkur ediremki,bele bir imkan yaratmisiniz biz insanlara komek edirsiniz!Allah komeyiniz olsun!Menim heyatda derdimi danisib meslehet alacagim hec kim yoxdu buna gorede xahis edirem menede komek edesiniz.Demeli menim 4illik munasibetde oldugum insan var hetda 1ay sonrasina toy planlasdiririq.Duzdu bu insan evvel bir zamannan mesuliyyetsiz olubdu.Ancaq son aylar emelli-basli agini cixaribdi.Gunde 1defe yatanda mene zeng edir sebebi ise isimin coxlugudu deyir.Men her seyi basa dusurem ustune getmemeye calisiram.Ama son 1ay erzinde soyus soyur mene qarsi,cox icki icir demek olarki,her gun icki icdiyi gunler olur.Mene qarsi soyusler edir aileme qarsi.Men esitmemezlikden gelirem sirf adim ucun,ailem ucun dikbasliq elemek istemirem.Saat 2-ye qeder dostu ile oturur,icir mene zeng eden kimi ise yuxuya gedir demek olarki,hec danisa bilmirik.Xahis edirem mene komek edin nece ede bileremki,o heqiqeten meni itirmekden qorxsun?Ancaq ona cox guvenirem meni sevdiyinide eminem.Birce ona itirmek qorxusunu yasatmaq isteyirem o ele bilirki,men onsuz qala bilmerem hec vaxt bunun ucun bele edir.Hemise doze bilmirem o meni axtarmayan kimi ele bil boguluram yata bilmirem sehere kimi nefesim catmir yatandada 1saatdan bir diksinirem.Hemise ozunu haqli cixardir zenglerimi acmir acanda ele bil gunah mendedi kimi davranir dostlarinin yaninda zenglerimi gore-gore acmir.Bezen saatlarla yigiram ele vaxt olurki,icir yatir men nigaran qaliram sehere kimi yigiram yata bilmirem aglima yuz fikir gelir.Mene komek edin mene meslehet verin xahis edirem.Cox pisem((((Evvellceden tesekkurler!
Cavab: Salam Leyla xanım. Hər itirməkdən qorxma duyğusunu itirən bizim ailəmimizi söyəcək? Yaxud belə bir şeyə ərk edən biri itirmək qorxusunu yaşayandan sonra dəyişəcəkmi? Yaxud da biz nə qədər ona itirmək qorxusunu yaşada bilərik? Evlilikdən sonra bu qorxu nisbətən azalır. Ömrünüzün sonuna kimi onu bu yolla manipulyasiya edə bilməzsiniz. Sadəcə yaxşıca düşünün.
Sema
2016-07-23
salam...Men ish qadiniyam 30 tasim var..ish karyera şükür qaydasindadi..Aile qurmaq isteyirem vaxti catib deye lakin mende bu alinmir.Cunki gorusduyum ilk gorusden sonra qarsi teref gorusmek istemeyib daha.Biraz sozu uze deyen ve ishde dedikleri kimi agilli ve gozel qadinam.ama sexsi heyat alinmir mende.Oglanla nece danisim ne danisimki ozume baglayim filan bilmirem...xahis edirem mene komek edin...:-(:-(
Cavab: Salam Səma xanım. Bu vəziyyəti psixoloqun müşayiəti altında düzəltmək mümkündür. Mütəmadi olaraq psixoloqunuz sizi ilk görüşə bu görüşdə nələrdən danışmaq olar kimi mövzularda hazırladıqdan sonra harada səhv etdiyinizi anlamağa başlayacaqsınız. Çalışın psixoloq dəstəyi alasınız
ELNARƏ
2016-07-23
oglumun 13 yaşı var.Dərslərə həvəsi azalib.Enerjili yeniliyə can atan uşaqdir Amma dərsləri oxumaq istəmir.Nə məsləhət gorursiniz?Əvvəlcədən təşəkkurumu bildirirəm.
Cavab: Salam Elnarə xanım. Bildiyim qədərilə hazırda yay tətilidir. Siz onu hansə dərsi oxumaqda sınayırsınız və həvəssizliyini qeyd edirsiniz? Valideyn uşağı dərsə yönləndirməlidir bu aydın məsələdir ancaq öncə ona gözəl istirahət verməlidir. Qeyd edək ki, oğlunuz yeniyetməlik dövrünə keçir. Bu həvəs lap azala bilər. Burada razılıq olmalıdır. Əvvəllə müqayisə etsək və nəticə çıxarsaq əvvəlki kimi oxumur doğru olmaz. Onun hazırda düşüncələri əvvəllə eyni deyil. Sadəcə valideyn kimi dost olmağa çalışın.
Sunu
2016-07-23
Salam,hekim men bir ildirki ayle qurmusam bir aydirki qizim olub,yoldasimin mene qarsi soyug oldugunu hiss edirem nece defe küsmüsüy onun ustunde deyirem mene qarsi soyugsan deyir yox mubahise ediriy uje ikimizde beziriy,mennen qacir elebi hec yaxinligi yoxdu neynesem men elirem ancag özünede deyiremki sevgi istirem men sennen nevaziş istiyrem eele deyirki men soyug deyilem sen herseyi söz elirsen sunu,arada mende uzag qalram bunnan qesden soyuglug eliremki belke özü yaxinlasa mene hec vecine olmur,mene meslehet verin men nece davranim
Cavab: Salam. Çalışın ondan sevgi gözlədiyinizi bildirməyəsiniz. Sanki heç buna ehtiyacınız da yoxdur. Daha çox özünüzə zaman ayırın. Bu günə kimi sözlə ifadə etdik, sevgi nəvaziş istədiyinizi dediniz ancaq bir tədbir görülmədi o zaman uzatmağa dəyməz. Bunu deməyi bildirməyi dayandırırıq. Nə zaman insanın özünə aid bir məşğuliyyəti olur o zaman o hər kəsə maraqlı olmağa başlayır.
fidan
2016-07-22
salam menim 15 yasim var.aile problemlerim coxdu.atam ile anam demek olar ki her gun dalasirlar.amma bu yaxinlarda barisiblar.esas mesele menim anamin sevgilisi var internetden tanis olub.onunla mesajlasir.atam bunu bilmir.bacim evvelceden bilirmis mene demeyib.balaca qardasim da o mesajlari gorub.indi bilmirem ne edim.atama demeliyemmi? anam ile nece davranmaliyam.indiden tessekurler
Cavab: Salam Fidan xanım. Öncə valideyninizlə danışın bu barədə. Belə bir şeyi niyə görə etmə ehtiyacı duyduğunu soruşun.
Gulcin
2016-07-20
Salam,menim 18 yawim var. sevgilimle 5 ildi sevirik bir birimizi. Amma o mene cox xeyanet edir. Evveller tutanda dalawirdim mene deyirdiki day qutardi olar bow weydi esas sensen bariwirdiq. Mende onu Cox sevirem deye her seferinde bagiwlayirdim. Indi ise sosyal webekede qizla niwanli yazib. Deyirem onu sil o qizdan uzaq dur mene deyirki ora real deyil o bow weydi vaxtimi kecirdirem esas sensen. Anasi ile de elaqem var,bacilari ile de daniwiram. Duzdu onun sevgisinden eminem. Bilirem meni sevir. Amma mene xeyanet etmesini hec goture bilmirem. Gunum aglamaqla kecir. Anam deyirki bu indiden beledise gelecekde lap pis olacaq ayril. Amma men ondan ayri dura bilmirem. Nefesim gedir cox pis oluram. Amma onun meni aldatmagina da doze bilmirem. Ozde soz deyende meni gunahkar cixardir deyirki uwaqsan niye bawa duwmursenki o qiz bow weydi esas sensen seni sevirem bele sozler deyir. Nolar mene komek edin men ne etmeliyem?
Cavab: Salam Gülçin xanım, siz reaksiya verirsiniz ancaq sonradan qəbullanıbmış kimi barışırsınız. Belə çıxır ki, onun sizə xəyanət etməməsi üçün heç bir qorxusu yoxdur. Onsuz da barışıb oturursunuz. Əgər dalaşıb heç nə həll etmədən "Əsas sənsən" sözü kifayətlənəkdinizsə, heç əvvəldən dalaşmamalı idiniz. Çünki bu qəbullanmaq onu arxayın edir və təbii ki, bu vəziyyət hər zaman davam edəcək. Bu günə kimi heç etmədiyiniz bir şeyi etməyi sınayın. Məsələn, dalaşmaq yerinə görməzdən gəlməyi və daha çox özünüzə zaman ayırmağı. Bir az həyatı özünüz üçün yaşayın. Davamlı onu izləmək sizi nədənsə qorumadığı kimi nəyinsə də qarşısını almayacaq.
Ayla
2016-07-20
salam hekim... menim problemim coxdu ailede problemler var dehwet esebiyem eseblewende her yeri ucurmaq isteyirem... aglayiram her gun... pilusda qorxu var mende sevgilimle ciddi munasibetimiz vardi aileside bilir ve hetda getmiwem olara... ama o da esebidi ve tez dalawir mende tersem mene qorxu gelir qorxudan xesteliye duwcem ele bilurem... meni ayrilmagada qoymur.... cox pisem men her wey sixir meni cox fikr elirem ozumde zeifem ... taqetsizem... hekime getdim esebe qarwi persen dermani yazdi ...mene komek edin deli oluram esebden...
Cavab: Salam Ayla xanım. Əgər taqət hiss etməyəcək qədər gücsüzləşmisinizsə, yazı ilə deyil də intensiv şəkildə real olaraq yardım almağa çalışın. Daha yaxşı nəticə almağınız üçün bu lazımdır.
Jale
2016-07-19
Salam, mende iki defe hamilelik olub, biri boru hamileliyi oldu, biri inkiwafdan qaldi,cekdiyim agrilardan sonra aile heyatindan qorxmaqa bawlamiwam,pis menada deyiwdiyimi hiss edirem ve bunun gelecek ucun yaxwi olmayacaqindan qorxuram(
Cavab: Salam Jalə xanım. Allah şəfa versin. Siz sadəcə hadisələri köçürmə edirsiniz. Keçmişdə baş verənləri bu günlə eyniləşdirirsiniz. Mütəxəssis dəstəyi almağınızda fayda var. Öncəliklə bu qorxulardan azad olmalısınız. İnamınız sizə geri qaytarılmalıdır.
Turkan
2016-07-18
Slaam,biz onunla 7ildi bir birimizi aevirdik,yasimiz az oldugu ucun xirda seylerden dava edirdik,sora o gordunki coh eseblesirem menden ayrildi,ama ayrilanda yalandan behanelet eledi ki gozumden dussun,1il her iki aydan bir yazdi,men umidlendim,sora mene dedi ki onsuz da birlikde olmuyaciq,bu sozler meni soyutdu,1ilden sora geldi ki alinmir Ayri qalammiram,men artiq o qede esebi idim ki ona qebul edemmedim,iki il surundu arxamca ama istemirem dedim,ne olur olsun birlikde olmuyaciq dedim,ama sonda anladimki hirsdi bu,o da iki ildi dediklerimden dolub,mene deir ki coh esebiyem,pesman idim,ne dedim qebul elemedin,icimde sevgi qalmiyib dedi,sizce bu sadece esebden deilen sozler ola biler?yohsa dourdan her sey bitib?
Cavab: Salam Türkan xanım. Bu münasibət çoxdan bitib. Bəlkə də heç başlamayıb. Sadəcə arada darıxma hissi sizi davamlı geri addım atmağa vadar edib. Söhbət əgər sevgidən gedirsə, ortada sevgi yoxdur. Sadəcə vaz keçməyi öyrənmək lazımdır.
Mirseyid
2016-07-13
Salam doktor əzab çəkdim ezyet çəkdim ailəmiz dagildi anamın geden nefeside mennendi gelen nefeside bir söznən o men siz yaşaya bilmir 19 yaşım var maiddi cəhətdən əziyyət cekirəm qarşılıqsız sevgi həyatı sürürəm cibimdə pul olmur heçnə edə bilmirem sevdiyim qızı biriynen görende intihar etmey isdeyirem ama hər intihara cəhd edəndə anamı fikirləşib fikirimnen daşınıram anam maniyədi qarşımda və sizdən bir xaişim təkçə bir xaişim mənə kömək edin bu maniyəni qarşımnan necə götürüb rahat intihar edə bilərəm? Məni fikirimnen danışndırmayın yəni əziyyət çəkməyin dediyləriniz heçnəyə yaramiyacaq sadəcə xaişim budurki bu maniyəni qarşımnan necə götüre biləciyimi mənə başa salasız yaxşılığınız bu ola bilər mənə sadəcə.
Cavab: Salam Mirseyd bəy. Qarşılıqsız sevgi çəkən kimi yaxud cibində pul olmayan kimi qazanmaq toparlanmaq yerinə gücsüzləşən bir oğlanı hansı qız niyə sevsin? Yoxsa siz elə düşünürsünüz ki, o sizi sevsə başqa olardız? Xeyr. Əvvəlcə özünüzü aldatmayın. Adi misal çəkək ananınızın gedən gələn nəfəsinin siz olduğunu deyirsiniz, ancaq bunu belə qorumağı düşünmürsünüz, intihar etmək barədə isə xüsusi səy göstərib ona mane olan səbəbləri aradan qaldırmağın yolunu axtarırsınız. Bəlkə real həyata qayıtmağın vaxtı çatıb? Sevdiyiniz qız başqa biriylə də ola bilər bu dünyanın sonu deyil. Hazırda tutaq ki, başqa bir siz sevmədiyiniz qız sizi sevir. Sırf sevir deyə sevərdinizmi onu? Xeyr. Hər kəsin öz sevdiyi olur. Qarşılıqlı yaxud qarşılıqsız. Əlindən oyuncağı alınmış uşaq kimi özünüzü yerə vurmağı dayandırın. Ən birinci dağılan ailənizin başçısı kimi davranmağa başlayın. Birinci böyüyün sonra isə qız sevmək də olar, pul qazanmaq da. Bunlar isə sizi yolunuzdan döndərmək üçün sərf edilən sözlər deyil. Real həyat bunu deyir. Yenə də seçim sizindir. Sevdiyiniz qız ona görə özünüzə qəsd etdiyinizi bilsə belə təsirinin çox qalmayacağından bəlkə də heç təsir etməyəcəyindən əmin ola bilərsiniz. Olan valideynə olacaq. Öncə kimi niyə cəzalandırmaq istədiyinizi düşünün. Əgər bunu özünüzü qurtarmaq üçün edirsinizsə, eqoist bir davranış olduğunu qəbul edin. Valideyni də düşünmək lazımdır.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142143144145146147148149150151152153154155156157158159160
161162163164165166167168169170171172173174175176177178179180
181182183184185186187188189190191192193194195196197198199200
201202203204205206207208209210211212213214215216217218219220
221222223224225226227228229230231232233234235236237238239240
241242243244245246247248249250251252253254255256257258259260
261262263264265266267268269270271272273274275276277278279280
281282283284285286287288289290291292293294295296297298299300
301302303304305306307308309310311312313314315316317318319320
321322323324325326327328329330331332333334335336337338339340
341342343344345346347348349350351352353354355356357358359360
361362363364365366367368369370371372373374375376377378379380
381382383384385386387388389390391392393394395396397398399400
401402403404405406407408409410411412413414415416417418419420
421422423424425426427428429430431432433434435436437438439440
441442443444445446447

LOGİN

 Email
 Parol
Qeydiyyat