“Evlənməkdən qorxuram. Evləndikdən sonra evimi təmin edə bilməyəcəyimdən narahatam. Nə edə bilərəm?”
Hər qorxunun arxasında qorxuya səbəb olan, onu oyandıran səbəblər var. Qorxu yaradan səbəblər əgər tapılsa, onun neqativtəsirlərindən də qurtulmaq olar. Müalicədən əvvəl xəstəliyin səbəbini araşdırmaq nə qədər önəmlidirsə, qorxunun aradan qaldırılmasında da qorxunu meydana gətirən səbəblərin, fikirlərin tapılması o qədər önəmlidir.
Evlilikdəki qorxulardan bir neçəsini saymaq lazımdırsa “dolanışıq” qorxusu, “Xöşbəxt ola bilmərəm, sevilmərəm” qorxusu başda gəlir. Bir insanın evliliklə bağlı qorxuları eyni zamanda onun evliliyə baxış tərzindən də asılıdır.





Gəlmişəm otağına,
cinsin nümayəndəsi olmasın. Həmçinin atası ilə görüşməyən oğlan anasıyla çox vaxt keçirəcək və kişi davranışlarını az mənimsəyəcək. Atasıyla böyüyən qız qadın davranışlarını az öyrənəcək...
Həyat düşünərkən dərindi. Onu yaşayanda dayaz olduğunu görürük. Paradoks hər addımda insanın gözünə batır. Ən yaxşısı həyatın nəbzini tutmaqdı. Burada insan faktoru aparıcı rol oynayır. Dərin düşünənlərin dayaz hərəkətlərini görürük. Seçim imkanı çoxaldıqca daxili narahatlıqlar da artır. Nəticədə psixoloji problemlərə yol açılır. Böyük mütəfəkkirlər daha çox düşünməyə, məkanı az dəyişməyə çalışmışlar. Dolayısı ilə məqsəddən yayınmamağa üstünlük veriblər. Məkanı az dəyişmək, hədəfdən yayınmamaq ruhi sakitliyin əsasını təşkil edir. İfrat yüklənmə ifrat rahatsızlıq yaradır. Qabaq bir müəssisədə insan 20 il çalışırdı. Düzdü, şikayəti belə olsa işini vicdanla yerinə yetirməyə səy göstərirdi. Çünki narazı olmaq insana xas bir xüsusiyyətdi.
Ətrafımızda bütün baş verənlər bizdən bir daha ruh halımızı sağlam saxlamağı tələb edir. Insanın tapındığı dəyər olmalıdır. Elə bir dəyər ki, ona inanıb yaşaya bilsin. Həyat hər addımda düşüncəmizə əks arqumentlər qoyur. Bəlkə bunu biz özümüz edirik, sadəcə məsuliyyəti həyatın, başqalarının üzərinə atırıq. Inanmaq istəyirik; sevdiklərimizə, dəyər verdiklərimizə, hər şeyə. Tutub saxlamaq istəyirik. Sürüşür, axıb gedir. Hara qədər? Bilinmir. Bütün hallarda doğru bildiklərimizə, insana, insanlığa ziyan verməyən şeylərə inanmağımız lazım. Önəmli olan inanmaqdır. Təəsüf ki, bugün insanı daha çox şübhələri, qorxuları idarə edir. Insan nəyəsə tapına bilmir. Istər mənəviyyat, istərsə də yaşamla bağlı ziddiyətli fikirlər hər zaman olub. Problem bütün zamanlarda olub. Istər mənəvi, istərsə də maddi baxmından.
ailələr, normal tempdə həyatı davam etdirə bilmirlər. Çünki uşaq baxımının gətirdiyi müəyyən çətinliklər mövcuddur. Bu ailələrdə maddi dəstəklə yanaşı mənəvi dəstək də mütləq şəkildə olmalıdır.
Ana atasının hər şeyinə müdaxilə etməsi, davamlı idarə altında tutulması, davamlı nəsihət onların reaksiyasını çəkir. Gənclər bu vəziyyəti özlərinə dəyər verilməmə hesab edirlər. Azadlıqlarının qısıldığını düşünürlər. Ana atayla davamlı bir qarşıdurma mühiti meydana gəlməyə başlayır.

“Uşağım dediyimi dinləmir” cümləsilə “ Uşağıma dediyimi dinlədə bilmirəm”, “Atam və anam mənim nə istədiyimi başa düşmür” cümləsilə “ Ata və anama nə istədiyimi düzgün başa sala bilmirəm” cümlələri arasındakı fərq kimidir əslində ailə olmaq. Ta uşaqlığımızdan bəri ailə qavramı başa salınır bizə. Ən çox rastlaşdığımız tərif olaraq, Ailə - ata, ana, uşaq və digər insanların bir ev içərisində yaratdıqları birlik kimi başa düşülür. Ailə eyni zamanda bir-birindən fərqli düşüncə ,duyğu və ehtiyaclara sahib fərdlərin bir arada yaşadığı bir sistem olaraq da dəyərlədirilə bilər. Ata,ana və uşağın əmələ gətirdiyi bu sistem onu yaradan hər bir fərd üçün göründüyündən daha çox, daha önəmli bir məna və rola malikdir. Elə isə düşünmək lazım, həmişə bir arada qala bilmək, bu birliyi qoruya bilmək göründüyü qədər asanmı olur hər zaman? Əlbətdəki yox....



"Nikahda kəramət var" - deyirlər. Doğurdan da yeni evlənən gənclər bir-birilərini elə sevirlər ki, xətalarını görmürlər. Hər iki tərəf də qarşısındakının xətrinə dəyməmək , xoşbəxt etmək üçün sanki çırpınır. Elə isə , səadətinizin təməli olan bu xoşbəxt günləri bacardığınız qədər qorumağa çalışın. Yerli - yersiz göz yaşları , günlərlə davam edən küsülülüklər ilk vaxtlar həyat yoldaşınızın diqqətini cəlb etsə də , vaxt keçdikcə bütün bunlara alışacağı üçün silahınız əvvəlki kimi təsir göstərməyə bilər. Necə deyərlər: "Artıq naz aşiq usandırar". Evliliyinizin bu ilk və ən gözəl günlərində " yersiz nazla aşiqinizi usandırmaq" əvəzinə gözəl keyfiyyətiniz, ağıllı davranışlarınızla onun qəlbini fəth etməlisiniz.





Cinsi mövzularda məlumatı az olan bir cəmiyyət olmamız danılmaz bir faktdır. Ətrafdan alınan yalnış ya da az informasiyadan qaynaqlanan bir çox cinsi problemlər var,ancaq bunlardan ilk gecə qorxusu bəzən xəstəlik səviyyəsinə gəlib çatır.
Deyirlər Napalyon təkcə imtahandan qorxurmuş. Lakin onun qeydlərini oxuyanlar belə düşünmürlər.
Hər evlilik yeni bir başlanğıcdır. Ancaq bu başlanğıcın uğurlu olması üçün, gələcək həyat yoldaşınızla bəzi mövzuları öncədən danışmalısınız.
Bildiyimiz kimi xəyanət problem cəmiyyətimizdə mövcud olan ən aktual problemlərdəb biridir.
Kiçik haşiyə “25 noyabr Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü kimi dünyada qeyd olunur.
Hər evlilik yeni bir başlanğıcdır. Ancaq bu başlanğıcın uğurlu olması üçün, gələcək həyat yoldaşınızla bəzi mövzuları öncədən danışmalısınız …
"Evlənməkdən qorxuram. Evləndikdən sonra evimi təmin edə bilməyəcəyimdən narahatam. Nə edə bilərəm?"
Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavab reaksiyasıdır. Uşaqların həyatında öz kiçik qardaş və ya bacılarını qisqanma, onlara qarşı kobud davrama qısqanclığın ən bariz nümunəsidir. Qısqanc uşaq, daha çox diqqət görən kiçik uşaqla əlaqələrində özünü narahat hiss edir və bu kiçik uşağın sevgisi qarşısında öz statusunu itirəcəyindən qorxur.
Ailə-insanların qarşılıqlı fəaliyyətinin təkrarsız institutudur. Hər adamın öz həyat məkanı vardır – bu digər insanlarla – qohum, dost, qonşularla olan münasibətləridir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür: «ev», «ailə» – bu, insanların yaşadıqları yeridir, yalnız burada onlar özlərini yaxşı hiss edirlər. Ailə, şübhəsiz, müasir dövrdə, istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır.
Bildiyimiz kimi müasir dövrdə boşanmaların sayı artmaqda davam edir. Bu prosesi və boşanmaya gətirib çıxaran səbəbləri aydınlaşdırmaq üçün tədqiqatçıların araşdırmalarına nəzər salaq.





