BURN-OUT (EMOSİONAL YANMA) SİNDROMU

Bu sindrom, işçilər arasında müşahidə edilən yorğunluq,xəyal qırıqlığı və işdən soyuma ilə xarakterizə olunan bir vəziyyəti təsvir etmək üçün ortaya çıxmışdır.Bu gün bunlara söykənərək yanma sindromunun işçilər arasında böyük bir problem olduğu bilinir.Görülən işlər yanmanın iş itkisindən ailədaxili ünsiyyət problemlərinə,psixosomatik xəstəliklərdən spirt,maddə,siqaret istifadəsinə və hətta yuxusuzluq,depressiya kimi ruhi xəstəliklərə qədər uzanan ciddi nəticələrin olduğunu göstərir. Bu səbəblə,yanma anlayışı fərqli iş sahələrində daha tez-tez görülür.

Burn-out sindromu sizə necə təsir göstərir?

Yanmanın əsas xüsusiyyətləri enerji itkisi,motivasiya əksikliyi,digərlərinə qarşı mənfi münasibət və aktiv olaraq digərlərindən geri çəkilməyi ehtiva edir.Yanma duyğusal tükənmə,laqeydləşmə və fərdi müvəffəqiyyət ölçüləri ilə araşdırılır.Duyğusal tükənmə,insanın etdiyi işə görə duyğusal olaraq özünü həddindən artıq yüklənmiş,tükənmiş hissetməsidir və burn-out sindromunun ən əhəmiyyətli simptomudur.Laqeydləşmə,şəxsin xidmət göstərdiklərinə qarşı bu insanların fərd olduqlarını nəzərə almadan,duyğudan məhrum şəkildə davranışlar göstərməsidir.İnsana obyektiv olaraq meyli əks etdirir.Fərdi müvəffəqiyyət əksikliyi isə problemin müvəffəqiyyət ilə öhdəsindən gəlməmək və özünü qeyri-kafi görmə kimi təyin olunur.Fərdin işə qarşı motivasiyası aşağı olur,idarə əksikliyi və çarəsizlik hiss edir. Fərddə tükənmə,duyğusal tükənmə ilə laqeydləşmənin artması,fərdi müvəffəqiyyətin və müvəffəqiyyət duyğusunun azalması ilə ortaya çıxır.

Burn-out sindromu 4 mərhələ ilə ifadə olunur.Bu təsnifatlandırma emosional yanmanı başa düşməyi asanlaşdıran bir dünyagörüşü təmin edir.Lakin əslində yanma insanın bir mərhələdən digərinə keçdiyi dəhşətli bir proses deyil,davamlı bir faktdır.

Birinci mərhələ – Şövq və coşğu mərhələsi:Bu mərhələdə yüksək bir ümidlilik,enerjidə artma və həqiqi olmayan ölçülərə çatan peşə gözləntiləri sərgilənir.Şəxs üçün peşəsi hər şeyin önündədir, yuxusuzluğa,gərgin iş mühitlərinə,özünə və həyatın digər istiqamətlərinə zamanını və enerjisini ayırmamağına qarşı üstün bir uyğunlaşma cəhdindədir.

İkinci mərhələ - Durğunluq mərhələsi:Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma olur.Peşəsini tətbiq edərkən qarşılaşdığı çətinliklərdən,daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan gedərək narahat olmağa başlayır.Tələb olunan işdən əlavə heç bir şey edə bilmir.Çünki,artıq peşəsi nəzəri və praktik bütün tərəfləri ilə insanın mövcudluğunu tamamilə əhatə edə bilmir.

Üçüncü mərhələ - Maneə mərhələsi:Başqa insanlara kömək və xidmət etmək üçün işə başlamış olan şəxs,insanları,sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır.Davamlı bir maneəçilik duyğusu yaşayır.Bu nöqtədə 3 yoldan biri seçilir.

Bunlar adaptiv müdafiə və həll etmə strategiyalarını hərəkətə keçirmə,maladaptif müdafiələr və həll etmə strategiyaları ilə emosional yanmaya təhrik etmə,vəziyyətdən özünü çəkmə və ya boyun qaçırmadır.

Dördüncü mərhələ - Laqeydlik mərhələsi (Apatiya-süstlük):Bu mərhələdə,çox dərin emosional qopma,dərin bir inancsızlıq və ümidsizlik müşahidə edilir.Peşəsini iqtisadi və sosial təminat üçün davam etdirir,ondan zövq almır.Belə bir vəziyyətdə iş həyatı fərd üçün bir doyum və özünü reallaşdırma sahəsi olmaqdan çox,insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olacaq.

İnsanda emosional yanma vəziyyətində ortaya çıxacaq əsas kriteriyalar aşağıdakılardır:

Psixofizioloji simptomlar:yorğunluq və tükənmə hissi,enerji itkisi,xroniki soyuqluq hissi,xroniki baş ağrıları və yuxu pozuntuları,qastrointestinal pozuntular və çəki itirmə,tənəffüs çətinliyi, psixosomatik xəstəliklər,koroner ürək narahatlığı sıxlığında artma.

Psixoloji simptomlar:duyğusal tükənmə,xroniki əsəbilik,tez hirslənmə,müəyyən dövrlərdə koqnitiv bacarıqlarda yaranan çətinliklər,xəyal qırıqlığı,aşağı duyğu halı,anksiyetə,səbirsizlik,eqoda qiymətləndirmənin aşağı düşməsi,dəyərsizlik,tənqidə qarşı həddindən artıq həssaslıq,qərar vermədə çatışmazlıq,süstlük,boşluq və mənasızlıq hissi,ümidsizlik.

Bihevioral simptomlar:səhvlər etmə,bəzi şeyləri təxirə salma və ya ertələmə,işə gec gəlmə,icazəsiz olaraq ya da xəstəlik səbəbi ilə işə gəlməmə,işi buraxmağa meyl göstərmə,xidmətin xüsusiyyətində pozulma,işdə və iş xaricindəki əlaqələrdə pozulma,qəza və yaralanmalarda artım,kolleqalara və xidmət verilən şəxslərə,peşəyə və s. qarşı qeyri-ciddi davranış,işlə maraqlanmaq yerinə başqa vasitələrlə zaman keçirmə,şirkətə qarşı marağın itməsi.

Səbəbləri:

Bu mövzuda edilən araşdırmalara baxıldıqda,ilk təcrübi işlər birbaşa şəxsiyyətlə əlaqədar olduğu istiqamətindəykən,son illərdə görülən işlər ümumiyyətlə,təşkilati faktorların səbəb olduğu emosional yanma üzərinə yönəldilir.Bu mövzuda digər bir fikir həm təşkilati və həm də fərdi problemlərin bu sindroma səbəb olduğu və yanmanın çox ölçülü kompleks bir fenomen olduğu istiqamətindədir.

Burn-out sindromu,fərqli bir formada,işə yeni başladıqda çox daha həyəcanlı və istəkli olan şəxslərdə daha çox müşahidə edilir.Bu vəziyyət,mütəxəssislər tərəfindən həmin insanların ilk həyəcanlarıyla daha çox enerji istifadə edərək qısa müddətdə tükəndiklərinə bağlanar. Emosional yanma sindromunun meydana gəlməsində olduqca təsirli 3 vəziyyət diqqəti çəkir:

Rol konflikti:Bir-biriylə üst-üstə düşməyən məsuliyyətləri daşıyan insan,prioritetlər qoyaraq məsuliyyətlərini sıralamaq yerinə,hər şeyi eyni səviyyədə yaxşı etməyə çalışır. Bu vəziyyətdə müəyyən müddətdən sonra yorğunluq yaranır və nəticə burn-out sindromu olur.

Rolun qeyri-müəyyənliyi:İşçi özündən yaxşı bir karyera portreti çəkməsinin gözlənildiyini bilir;amma özünə model seçəcəyi biri olmadığından bunu necə edəcəyindən əmin olmur.Bu səbəbdən faydalı olacaq heç bir şeyi bacara bilmədiyi qənaətinə qapılır.

Həddindən artıq yüklənmə:Heç kimə “xeyr” deməyərək öhdəsindən çətinliklə gələcəyi məsuliyyət ilə yüklənən şəxs nəticədə tükənmə nöqtəsinə gəlib çıxır.

Bunların xaricində iş mühitiylə əlaqədar bəzi problemlər də stressə və şəxsin özünü etdiyi işdə bədbəxt hiss etməsinə səbəb ola bilər.Bu problemlərdən əsasları:

1. Həddindən artıq iş yükü və istirahət zamanlarının az olması

2. Müştərilərin ehtiyaclarının iqtisadi,bürokratik və inzibati səbəblərdən ötəri qarşılanmaması

3. Rəhbərin qeyri-kafiliyi,yoxlama sistemində əksiklik və ya hər ikisi

4. Qeyri-kafi mütəxəssis təhsili və istiqamətləndirmə

5. Etdiyi işə nəzarət etmə ya da təsir duyğusundan məhrum olma

6. İşçilər arasında dəstək və sosial əlaqələrin olmaması

7. Həddindən artıq çətin və sıx iş mühiti olaraq təsnifatlandırıla bilər.

Burn-out sindromunun yaranma səbəbi yalnız iş yerindəki şərtlər deyil.İş yeri şərtləri qədər çalışanlara aid xüsusiyyətlər də bu sindromunun ortaya çıxmasına təsir edir.Emosional yanma sindromu özündən,həyatdan və digər insanlardan gözləntiləri yüksək olan,insanlara əhəmiyyət verən,onların ehtiyaclarını qarşılamağa çalışan,insanlara dəyər verən,işini ən yaxşı şəkildə etməyə çalışan,həyatda yüksək hədəfləri və yüksək idealları olan,etdiyi işə gəlir gətirən bir hadisə olması ilə yanaşı başqa mənalar da yükləyən,yaşadığı hər problemdə özünü günahlandırmağa və özünü mənfi qiymətləndirməyə meyilli,çatışmazlıq duyğularına sahib,asanlıqla mənəvi pozuntu yaşayan insanlarda daha çox görülür.Həmçinin insanın iş həyatı,ailə həyatı və sosial həyatı kimi birdən çox sahədə stress yaşadan hadisə ilə qarşı-qarşıya qalması və stress yaşamağa uyğun bir şəxsiyyət quruluşuna sahib olması da bu sindromunun ortaya çıxmasını asanlaşdırır.

Sindromun terapiyası:

Ümumiyyətlə fərdi,təşkilati və hətta sistemdən qaynaqlanan faktorların birlikdə rol oynaması ilə ortaya çıxan yanma,bir sindrom və sistem problemi olaraq qəbul edilməlidir.Təsirli müdaxilə,həm fərdi həm də təşkilati zəmində olmalıdır.Ən əhəmiyyətlisi əvvəldən yaradıcı faktorların aradan qaldırılması,bu olmasa erkən dövrdə diaqnoz qoyularaq sürətlə müdaxilə edilməsidir.Emosional yanmanın qarşısını almaq və onunla mübarizə aparmaq üçün görüləcək işlər təşkilati və fərdi səviyyədə nəzərə alınmalıdır.


 

LOGİN

 Email
 Parol
Qeydiyyat