Sual Cavab

Aytakin
2017-07-10
Salam dokdor.insan tek ailesi ile mubahise edirse ona aile pisxoloqu lazimdir yoxsa nece?zehmet olmasa cavablayardiz
Cavab: Salam Aytəkin xanım. Fərq etmir əslində. Ailə psixoloqu daha çox cütlüklər arasında rol oynayır. Ümumi olaraq isə hər iki vəziyyətdə də həm də ailə psixoloquna müraciət etmək mümkündür.
ayan
2017-07-08
salam Elnur bey atamin 48yasi var. atamin tez tez beli boynu agrayir, her wweye cox eseblewir bizde fikirlewirik ki, bu agrilar esebdendir. adi bir weye reaksiya verir, uzu qizarir herareti olmasa bele herareti oldugunu hiss edir istiliyinin oldugunu hiss edir, oskureyi olur. xahiw edirem cavab veresiniz mene bu sizce neden ola biler?
Cavab: Salam Ayan xanım. Bəli, əgər əsəbilik və s kimi hallar zamanı bunlar baş verirsə, bu tamamilə psixolojidir. Bunu psixoloji dəyərləndirmək olar. Daha dəqiq diaqnoz üçün valideyninizi psixoloqla görüşdürün. Psixoloq əyani müayinə zamanı doğru diaqnozla, doğru terapiya üsulunu müəyyən edəcəkdir.
nazll
2017-07-06
salam ELNUR Bey.menim baclmisterik xestesdir onu sizde mualcesi varml//
Cavab: Salam Nazlı xanım. İsteriya hansı məqamlarda tutmalarla əvəz olunurmu olunmurmu bunlar müəyyən edilməlidir. Bəlkə müalicə olunacaq bir vəziyyət yoxdur ortada. Ancaq əgər isterik tutmalar baş verirsə, o zaman mütləq şəkildə lazımdır. Psixoloqa müraciət edərək bunu dəqiqləşdirə bilərsiniz: 0552572700 0124803629
Ramile
2017-03-29
Salam Elnur hekim ,menim qardashim 2 ildi psixatr yaninda mualice alir,atam aparmishdi psixatr yanina, ama mene ele gelir onun depresiyasi sadece psixoloq yardimi ile duzelecekdi, bunu evvelce atama dedim ama atam mene dediki oda psixoloqdur da , ama atam da indi basha dushur sehv etdiyini, qardasimin sadece psixoloji problemi olduqundan eminem, sizce iki illik aqir mualiceden sonra o dermanlardan asili qalmaz? ve psixoloq yardimi ile qardasim duzele biler? chox tesekkurler
Cavab: Salam Ramilə xanım. Bu kimi hallar üçün öncə psixoloqa müraciət etmək lazımdır. Əgər ehtiyac olarsa psixiatr yardımı da əlavə edilir. Ancaq proses psixoloqla davam etməlidir. Hansı dərmanları necə bir dozada qəbul etməsi çox vacibdir. Vaxt itirmədən psixoloqa müraciət edin və biz sizə doğru yolu göstərəcəyik. 0552572700, 0124803629
anonim
2017-03-28
Salam mənim 23 yaşım var. Evli adamı sevirəm o da məni sevir xatırladımki onun yoldaşınnan 3 uşağı var.Ondan ayrı qalada bilmirəm sizcə mən nə etməliyəm? sevgim üçün mübarizə aparmalıyam yoxsa necə?
Cavab: Salam. Ümumiyyətlə bunun sualını vermək belə zaman itkisidir. Niyə öz həyatınızı yaşamağa davam etmirsiniz? Öz yoldaşının dəyərini kənara qoysaq, 3 uşağına hörməti olmayan şəxs sizcə sizə qarşı həmişə dürüst ola bilərmi? Bu sevgi deyil. Bağlılıqdır. Çalışpın həyatınızı daha dəyərli yaşayın
Nermin
2017-03-19
Men cox pisem axir vaxtlar hekim 20 yasim var helede valideynlerim mene bir yerin agrayanda nermin onun ele bunu ele dermanlari getitib elime verirler deyirem elemiyin bunu yene edirler dermanalri icdiyim halda birde sorusurlar nermin icmisen ?bezmisem daha aglayiram hergun her yeri dgaidib tokurem usaq kimi arxamca gezirler butungunu bunun sonunun olmayacaqini dusunende lap pis oluram bilmirem takintidi nedi ama her onlar mene bir soz deyendr ureyim bulanir ozumu oldurmek isteyirem xahis cavab yazin ((
Cavab: Salam Nərmin xanım. Əslində bu da sevgi qayğının bir növüdür və artıq vərdişə normaya çevrilib. Anormallığı isə sadəcə siz hiss edirsiniz. Qayğıdan doymusunuz hətta iyrənirsiniz. Valideynlərinizə böyüdüyünüzü demək yerinə onlara böyüdüyünüz göstərin. Hansısa bir işi bacararaq, güclü olaraq və s
Mehriban
2017-03-05
Elnur bey Çox sağ olun desteyiniz üçün. Minnetdaram. Allah sizi, ailenizi, övladınızı qorusun.. Ne yaxşı ki sizin kimi xeyirhax nsanlar var....
Cavab: Salam Mehriban xanım siz sağ olun. Allah hər birimizdən razı olsun.
Sara
2017-02-20
Salam Sualima gore cox uzur isteyirem sizden Men 2aydi aileliyem ama yoldawimla elaqede ola bilmirem cox qorxu kecirirem hekime getmiwem hec bir prablemimin olmadigini deyir sadece qorxuram ve cehd etdikde agri hiss edirem Yoldawimla 3il sevgili olmuwam yeni mecbur evlilik olmiyub sadece elaqede ola bilmirem hamidanda gizledirik tekce ikimiz bilirik xaiw edirem komek edesiz
Cavab: Salam Sara xanım. Bu kimi problem üçün öncəliklə psixoloq əyani müraciət etmək lazımdır. Əyani mayinə zamanı psixoloq bunun yaranma səbəblərini sizə deyəcəkdir və ondan sonra korreksiya etmək mümkün olacaqdır.
Mehriban
2017-02-09
Salam Elnur bey. Men bir neçe defe size yazmışam, meslehetinizden yararlanıb müsbet neticesini görmüşem. Buna göre Çox sağ olun. Ancaq men prablemlerden qaçsam da yene nese prablemlerdi qarşılaşıram. Menim prablemim o idi ki, qaynanam meni istemir, her gün dava salır, yoldaşımla aramızı soyutmaq üçün elinnen geleni edir bir müddet evvel nisbeten buna nail olmuşdu. Yoldaşım esebi insandı, o üzden evden qaçırdı her gün davalarımız olurdu. Hetta mene xeyanet bele edirdi.. Çox sarsılmışdım, intihar etmeyi bele düşünürdüm, 2övladım var. Buna göre aileni dağıdıb, uşaqlara zerbe vurmaq istemedim. Birteher dözdüm, sizin dediyiniz kimi, artıq Heç neye fikir vermeyib yalnız yoldaşımla mehriban davranıb onunla vaxt keçirmeye çalışdım, Heç.neyi üzüne vurmurdum, gelen zeng ve mesajdarı görmezden gelirdim. İnanın ki her şey yoluna girmişdi hetta meni anasına müdafie bele edirdi. İndi bir neçe gündü bunların en yaxın qohumu mene msj atır, özümü alçalmış hiss edirem, men ailem dağılsa bele yoldaşıma, övladlarıma qarşı sehv addım atacaq qadın deyilem. Bu da ele durumdu ki, yoldaşıma desem hemin adamı gedib mütleq öldürecek. Demiyende de, daha pis şeylerin baş vereceyinden qorxuram. Bu işin de qaynanamın telesi olduğunu.. düşünürem. ailemii dağıtmaqçun her şey eder. Çox olmuşam.men axı edim?? deyim ya yox?? Çox ezab çekirem
Cavab: Salam Mehriban xanım. Tam olaraq pis niyətli yazdığını yəni şəxsi fikrinizi bildirmədən ona bunu bildirə bilərsiniz. Məsələn deyə bilərsiniz ki, sanki mesajı yeni görmüsünüz aa bu kimdir filakəs mənə niyə yazıb, yaxud da deyə bilərsiniz ki, filankəs görəsən mənim nömrəmi hardan tapıb soruşsa nə yazıb deyərsiniz ki, başa düşmədim yazdığını yenə yazsa sənə göstərərəm.
Crystal
2017-02-08
Salam,hormetli Hekim. Uzr isteyirem narahat etdim. Men abituriyentem ve 17 yashim var,son vaxtlar cox qarishiq duygular yashayiram. Bu duygularin sevgi-mehebbet ile elaqesi yoxdur,qurtulmaga chalishiram,amma bu duygulardan qurtula bilmirem. Ele bir hissdir ki,canimi yandirir. Cox yaxshi derk edirem cox sheyi,amma irademi ozume tabe ede bilmirem. Adi cox sevdiyim bir hazirliq muellimim ders dediyi ushaga ilgi gosterende icim icimi kesir. Nece edim bu ushaqsi hisslerden qurtulum. Bunun ustunde nece defe aglamisham.Meslehetiniz menim ucun deyerli ve onemlidir. Onceden teshekkurler.
Cavab: Salam, ola bilər ki, qəbul yaxınlaşdıqca yetərsizlik hissi sizə bunları hiss etdirir. Ancaq tək yol dərsinizlə məşğul olub özünüzə güvənməyinizdir. Belə olduğu halda kim kimi niyə tərifləyir sizə maraqlı olmayacaqdır.
kera
2017-02-04
Salam.men ozumle daima mubahise apariram beynimde oz ozumle daniwiram tenqid edirem ozumu ve heckime inanmiram guvenmirem...bunun sebebi nedi??
Cavab: Salam. əgər birinə inanmaq istəyiriksə, öncə özümüzə inanmağı öyrənməliyik. Özünü tənqid hissinin olmağı gözəl bir şeydir daim insanı irəli aparar, öz üzərində çalışmasına yardımcı olar. Ancaq normadan kənara çıxdığı zaman fəsad yaranar. Ən doğru üsul isə özünüzü tənqid etdiyiniz zaman sanki tənqid olunan başqa birini müdafiə edirmişsiniz kimi onu müdafiə etməyə çalışmaqdır.
anonim
2017-02-02
Salam. Men her hansısa teşviş keçirəndə, heycanlananda 5-6 dəqiqə davam edən göz qaralması, baş gicəllənməsi və ürək sıxılmaları olur. gözlərimə qaranlıq çökür. elə bilirəm özümdən gedəcəyəm. Mən düşünürəm ki, bu psixoloji prosesdir. panik atak ola bilərmi? bunun mulicesi varmı? zəhmət olmasa komeklik gosterin.
Cavab: Salam, bu həyəcan-təşviş pozuntusudur. Psixoloji müdaxilə şərtdir. psixoloq məsləhəti almağınızda fayda var.
Aylin
2017-02-02
Salam Elnur bəy. Men yoldaşımın xəyanətin dən çox əziyət çəkirəm. Yoldaşı olmayan övladli Qadınla münasibətdedi. Hər şeyi bildiyimi mesajlarını gördüyümü dedim. Məni boşanmaqla hədələdi, mən də razılaşdım. Evə gələndə heç nə olmamış kimi davrandı. Nə məndən keçir nə ondan. Ailəmi o qadına görə itirmək istəmirəm. 2yasli qızımız var.ne edim ki yenidən ailəsinə baglansin
Cavab: Salam Aylin xanım. Sizdən keçə bilməməsinin səbəbi sizi ailəsi kimi görməsidir. Ondan keçə bilməməsinin səbəbi bunda səhv görməməsidir. Ancaq o bunu sizin onunla danışmağınız yaxud dalaşmağınız sayəsində görməyəcəkdir. Ən yaxşısı özünüzə zaman ayırın sanki hər şey yolundaymış kimi, onun diqqətinə çox ehtiyacınız yoxmuş kimi davranın, ancaq onun istəklərini etməməzlik etməyin, yoldaş kimi qulluğunu çəkin, ancaq ondan gələcək olan əlavə nələrəsə ehtiyacınız olmadığını hiss etdirin, qızınıza zaman ayırın.
aysel
2017-01-30
salam men 2016-ci ilin dekabr ayinda ozumde deyildim ozumden asli olmayacaq bicaq zerbesi almaq isteyirdim qarin nahiyemden bu menlik bir hiss deyil ne qeder aqlimdan cixamaqa caliwsamda aqlimdan cixmirdi sizce bu nedendi mene komek edin men tez-tez stirese girirem yalniz qalmaqi saatlarla qaranliq otaqda oturub aqlamaq isteyirem sebeb nedi??
Cavab: Salam Aysel xanım. Məsələ artıq özümüzə xəsarət verməyə qədər gedib çıxıbsa birmənalı psixoloq dəstəyinin şərt olduğunun sübutudur. Çalışın bu dəstəkdən yararlanasınız, vəziyyətiniz ciddi ola bilər. İdarəni itirmək yaxşı bir hal deyil. 0552572700 0124803629 nömrələri ilə əlaqə saxlayın
Üfüq
2017-01-29
Salam Elnur bey.biz ailelıkce size cox hörmet edırık cox inaniriq..menım anam illerdır boynunda onurq yırtıqı var.ona gore de nece illerdı mualce alor.amcaq son 2ildır tezyıqı düşmür.deyir sinem ureyim yandi .daıma eseb kecıror.hekım dedı nevepzdandı.nevropotoloq yardımı alir..ama yene de bıraz duzelır sora yene eyni şey.qeyd edımkı şekerı de var.ancaq öen duwünüremki ,butun gun ancaq xetelok duwunur butun gun xestelıkden danıwır yenı enynen bawın qatsan xeyrı yoxdu yene de xestelıyı duwunur.kecmış zulmlerın düşünür..yenı buna nece yardım edek bız?medı problem?
Cavab: Salam. Əgər əsəb nəticəsində bu hallar baş verir və müalicə qismən yaxud heç təsir etmirsə, psixoloq yardımı almağında fayda var. Ehtiyac olarsa psixiatrla da görüşdürmək mümkündür. 0552572700 0124803629 nömrəsi ilə əlaqə saxlayın sizə ətraflı məlumat verəcəklər.
Fəridə
2017-01-28
Salam menim 25yaşim var.Hedden artıq esebiyem.Özümü yaşayan ölü kimi hiss edirem. Gülmeyi bele unutmuşam.Bütün günü yatmaq isteyirem.Tezyiqimde aşağıdır.3ovladim var. Onlara gore çox narahat oluram. Meni bele gormek onlara pis tesir edir.
Cavab: Salam Fəridə xanım. Depressiyada ola bilərsiniz. Uşaqlarınızı daha artıq bu görüntüyə şahid etmədən psixoloq yardımı almağınız daha doğru olardı. 0552572700 0124803629 əlaqə saxlaya bilərsiniz
Lalə
2017-01-25
Salam.mənim oglumun 14yasi var.əl ayaq tərləməsindən əziyyət çəkir.cox həkimə aparmişam.neçə illərdiki bununla mübarizə apariram.ama bir çarəsi olmurki olmur.gundəlik həyat tərzində ona cox əziyyət verir.sizcə mən nə edim?indidən təşəkkur
Cavab: Salam Lalə xanım. Əgər tibbi heç bir problem yoxdursa, araşdırmaq lazımdır, ola bilər həyəcan-təşviş pozuntusu olsun. Psixoloqa göstərməyinizdə fayda var.
rufane
2017-01-21
salam hekim menim 20 yasim var mende unutqanliq oldugunu hiss edirem yeni sakit oldugum halda biranda ne ucun harda oldugumu unuduram birnece saniyeden sonra xatirlayiram bu aralar bu tutmalar dahada coxalib bu neden ola biler bunun ucun hara muraciet ede bilerem
Cavab: Salam Rufanə. Hansısa bir stress vəziyyəti buna gətirib çıxara bilir bəzən. öncəliklə psixoloqa müraciət edirsiniz, sonra isə ehtiyac olarsa, bütün hallar nəzarətdən keçdikdən və psixoloji hal aşkarlanmadıqda MRT məsləhət edilə bilər. Ancaq ilk iş psixoloji müdaxilədir. 0552572700 0124803629 əlaqə saxlayın sizə yardım edəcəklər.
sebine
2017-01-20
salam.men 4ildir aileliyem.usagim yoxdur.hal hazirda ayrilma erfesindeyik.men anamgildeyem.ikimizde bir birimizi sevirik .ama qaynanama gore ayriliriq.yoladisimda anasinin sozune baxir.coxx pis gunler gecirdirem.her yasadiqlarimi xatirlayib agliyiram.herseye eseblesirem.ve icimde cox yorgunluq var.ozumu cox yorgun hiss edirem.
Cavab: Salam Səbinə xanım. Nə olursa olsun, ayrılmağa səbəb olmadığını izah etmək lazımdır. Yoldaşınızla dalaşmaq yerinə sadəcə sakit dayanın onunla münasibətinizi normada saxlayın, ona qarşı mülayim olum ona sevdiyi qadını xatırladın
Sekine
2017-01-16
Salam oglum 11ci sinifde oxuyur yasidlarindan geride qalir usaq aglindadir adi warin partlamasindan qorxur.dusunceleri yersizdi Sizce hara muraciet eteliyem dioqnozu ne ola biler
Cavab: Salam Səkinə xanım. Narınc uşaq psixologiya mərkəzi ilə əlaqə saxlayın. 0552542700
Aaa
2017-01-16
23yasim var 4ildi ailəliyəm. 3yasli qız var. Xanımam. Və çox narahat insanam. Yeni hər şeyi çox düşünürəm Necə iller once olan və o zanlardaeni əsəb edən şeyləri yenidən xatırlayıb əsəbi oluram stres keçirirəm. Bu xasiyyetimeni çox incidir üzür. Düşünməkdən beynim artıq yorulub. Mənə kömək edin xahiş edirəm. Heç nəyi düşünmək.istemirem. necə edimki biraz sərbəst buraxın beynimi?
Cavab: Salam xanım. Əgər bu proses uzun müddətdir davam edirsə və həll yolu tapmayıbsa, çalışın bir mütəxəssisdən yardım alasınız. 0552572700 0124803629 əlaqə saxlaya bilərsiniz
Aytac
2017-01-16
Salam hekım menım 17yasım var men eyacanlanda urey bulama olur hetta qaytarıram nıye bele olur xayiş edırem sualıma cabab yazın
Cavab: Salam Aytac xanım. Həyəcan təşviş pozuntusu ola bilər. Psixoloqla əlaqə saxlayın: 0552572700 0124803629
Hetem
2017-01-10
salam bagisliyin sizi narahat edirem men oglanam ama bir oglani sevirem cox eziyyet cekirem mene ne komek ede bilersiz
Cavab: Salam Hətəm bəy. Öncəliklə nəzərinizə çatdıraq ki, eyni cinsdən birini sevmək homoseksuallıq mənasına gəlməz. OKPdə cinsi obsessiyalar da buna səbəb ola bilər. psixoloq yardımı alaraq bunun hansı olduğunu müəyyən edə bilərsiniz. 0552572700 0124803629
Aynure
2017-01-09
Salam hekim.mende uwaqliqdan atamin ickiye duwkunluyunden evde dava etmeyinden ickiye nifretim var.heyat yoldawimda bilir ickini mene gore atdi ama yenede bawlayib icki meni psixoloji mehv edir olmek isteyi bele yaradir depresyaya salir.2ovladim var.yoldawima icme dedikde ise men icki ile xowbextrm deyir ama men eksine bedbext hiss edirem ozmu .ne etmeliyem ickini normal qebul etmek ucun aileme daha saglam duwunceli psixoloji rahat olmaqcun axi men 2ovlad terbiyelendirirem men ne qeder rahat olsam onlara dogru yol gostere bilerem .
Cavab: Salam Aynurə xanım. Uşaqlıqdan gələn travmanı aşmalısınız. Bunun üçün sizə psixoloq dəstəyi lazımdır. Çalışın bundan yararlanasınız. 0552572700 0124803629
togrul
2017-01-08
Salam mən his ediremki başim pozulur ve yadimda yeni hecne qalmir kohnelerde silinib paşdi az şey yadimda qalir. ve nese ediremse inanmram yeniden edirem meselen( adi telefonda etdiyim hereketi yene tekrar edirem , meselen qapini baqlayram bilirem baqlandi amma yene tekrarlayram.) nese n cox sey var bele bele men pisxoloq mesleheti lazimdi sizce ya ?
Cavab: Salam Toğrul bəy. Bəli, psixoloji müdaxilə edilməlidir, çünki bu OKPdir. Mütləq psixoloq dəstəyi lazımdır. Əlaqə saxlayın: 0552572700 0124803629
Fatime
2017-01-01
Salam Elnur bey.Men 4aydi evliyem mende bele bir problem var her deqiqe yoldasimin olumunu fikirlesirem cox pis oluram ellerim terliyir ureyim tez tez doyunur.xaish edirem cvb yazin bu neden ola biler
Cavab: Salam Fatimə xanım. Bu OKPdir. Mütləq şəkildə psixoloq dəstəyi lazımdır. 0552572700 0124803629 əlaqə saxlayın sizi psixoloqla görüşdürsünlər.
Adınız 
Sualınız 
1234567891011121314151617181920
2122232425262728293031323334353637383940
4142434445464748495051525354555657585960
6162636465666768697071727374757677787980
81828384858687888990919293949596979899100
101102103104105106107108109110111112113114115116117118119120
121122123124125126127128129130131132133134135136137138139140
141142

YAZARLAR

LOGİN

 Email
 Parol
Qeydiyyat